Ərköyün uşaqlar əsəbi olur

Ərköyün uşaqlar əsəbi olur
Bir Ana - Bir Bala
10.09.2017 14
Uşağın səni idarə etməsinə icazə vermə!Uşaqların ailədə “hakimiyyət” sahibi olmağı, evdə valideynlərinə yardım edib-etməsi ilə müəyyənləşdirmək olur. Evdə bütün işləri ana-ata edirsə, ən xırda işdə belə  valideynlərinə yardım etmirsə, bu, onların məsuliyyətsiz olduğunu göstərir.Ərköyün  uşaqların qarşılaşdığı problemlər aşağıdakılardır:1. Belə uşaqlar başqa insanlarla qarşılıqlı hörmət, istəklərinə və duyuğularına anlayış göstərməyi öyrənə bilməz.2. Ana və atalarına öz istədiklərini etdirməyi bacaran uşaqlar eyni şeyi başqa insanlardan da gözləyər.  Yad insanlardan da eyni şeyi görmədikdə dava-dalaş çıxara bilərlər. Belə halda isə qarşıdurma yarana bilər.3. Hər zaman evdə diqqət mərkəzində olması, digər yerlərdə  “əsas rolda” olmaq istəyinə gətirib çıxarar. Dünyanın ancaq onun ətrafında fırlandığını düşünən uşaq, sosial mühitlərdə də “padşah rolundan” çıxa bilməz.4. Valideynlər nə vaxtsa uşağın istəklərini yerinə yetirməkdən imtina edərsə, ya da hər hansı qadağa qoyarsa, onları günahlandırmağa başlayar. Aqressiv hərəkətlər sərgiləməyə (qışqırmağa, əşyaları sındırmağa və.s)  başlayar.5. Uşaq böyüdükcə özünə aid ciddi qərarlar verə bilməz, bütün məsuliyyəti başqalarından gözləyər. İşlər qaydasında getməyən zaman isə bütün günahları başqasının üstünə atar.
6. Hər istədiyi edilən, evdə valideynlərini idarə edən uşaqlar xoşbəxt olmaz. Onlar qərarsız, çətin xarakterli  bir tip olaraq böyüyərlər. 
7. Gözləməyi, səbr etməyi, istədiklərni təxirə salmağı bacarmayan uşaqlar cəmiyyətdə normal insan olaraq yetişmir. Belə uşaqlar əslində, valideynlərin yalnış tərbiyəsinin qurbanıdır.
 
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!