Körpə nə üçün ağlayır?

Körpə nə üçün ağlayır?
Bir Ana - Bir Bala
10.09.2017 25
 

Körpə nə üçün ağlayır?
Ağlayan  körpəyə  yaxınlaşın. Uşağın  çox  möhkəm  bələnmədiyinə , ona  isti və  ya  soyuq  olmadığına , gözünə  gur  işıq  düşmədiyinə  əmin  olun. Bəlkə  də  körpənin  oyanmasına  səbəb  hər  hansı  səsdir (televizor , zəng , maşın  səsi  və s.). Yaxud  da  yeməkdən  sonra  körpənin  bezini  dəyişmək  yaddan  çıxıb. Bəlkə  onu  yedizdirmək  vaxtı  artıq  yetişmişdir. Fikirləşin  körpənin  gün  ərzində  hər  şeyi ( yeməyi , yuxusu  və s.) qaydasında  olubmu?
Fərz  edək  ki , bütün  bu  sadaladıqlarımız  körpəyə  təsir  etməyib. Onda  ola  bilsin  ki , uşaq  elə-belə  qaraqışqırıq  salır. Bu,  daha  tez-tez  rast  gəlinən  haldır.
Ağlayan  körpəni  qucağa  almaq  lazımdırmı?
Körpə  ağlayanda  ona  fikir  verməmək  və  ya  əksinə , onu  dərhal  qucağa  almaq  kimi  mövqe  düzgün  sayılmır. Bu  vəziyyətdən  çıxış  yolu  var : ağlayan  körpəni  qucağa  götürməyə  tələsməyin. Yaxşı  olar  ki , onun  çarpayısı  üstündən  rəgbərəng  şaxşaxlı  oyuncaq  asasınız. Bu,  ağlayan  körpəni  çox  vaxt  sakit  edir.
Qucağa  isə  körpəni  hər  yedizdirmədən  sonra  ala  bilərsiniz : balacanı  dizlərinizin  üstündə  bir  müddət  saxlayıb  onunla  söhbət  edin, onu  oxşayın. Bu,  körpənin  əhval-ruhiyyəsini  qaldırar, onun  psixi  inkişafına  müsbət  təsir  edər.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!