Uşağı qucağa alışdıraqmı

Uşağı qucağa alışdıraqmı
Bir Ana - Bir Bala
10.09.2017 77
Ailənin
kiçik üzvü dünyaya gələr-gəlməz müxtəlif məsləhətlər obyektinə
çevrilir. Bu məsləhətlərdən bəziləri qiymətli olduğu qədər digərləri də
reallıqla heç bir əlaqəsi olmayan inaclardır.
Belə
inanclardan biri də körpəni qucağa alışdırmaqla bağlıdır. Bəziləri
hesab edirdilər ki, uşağı qucağa alışdırmaq lazım deyil , bu zaman
körpə həmişə valideyinlərin qucağına can atacaq. Bu günsə problemə
yanaşma təmami ilə dəyişib. Mütəxəssislər bu dövür ərzində körpəyə qarşı daha həssas olmağa və onu qucağa alışdırmaqdan qorxmamağa səsləyirlər. Əgər
fikir vermisinizsə körpənizin altı quru, qarnı tox olduqda belə o
ağlayır, onu qucağınıza götürməyinizi istəyir. Bu zaman körpə ana
əllərinin nəvazişinə , ana sevgisinə can atır. Artıq məlum faktdır ki,
ana qucağında körpə özünü daha müdafiə olunmuş hiss edir. O hətta ən
adi şeylərdən belə zövq almağa başlayır, üzü gülür. Əksinə
valideyüinlər uşağın göz yaşlarına məhəl qoymadıqda o küsür, yaşamaq
eşqi sönür. Körpə sonrakı aylarda da özünə qapanmağa başlayır.
3-4
aylıq körpə artıq ətraf mühütə alışır.O, əhatə olunduğu əşyaları
gözdən keçirtmək , onları tanımaq istəir.Artıq qarın ağrıları da göz
yaşlarının səbəbi kimi çıxış etmir. Lakin körpə ananın qucağından
düşmək istəmir. Alimlərin apardıqları tədqiqatlar
nəticəsində bəlli olub ki,bu dövürdə uşaq valideyüinlərin qucağına
başqa səbəbdən can atır. Sən demə 30-40 sm məsafədə o daha yaxşı görür.
Ananın üzü və körpə arasındakı məsafədə də o qucaqda olarkən məhz bu
qədər olur. İnsanın üzü körpə üçün maraq obyekti olduğundan o öz
marağını beləcə ödəmiş olur. Ana qucağında uşaq ətrafda baş verənləri
də yaxından izləyə bilir.
7-8
aylıq körpənin qucağa meyilli olması təmami ilə başqa maraq ifadə
edir.Siz onu əzizlədikcə, göyə atıb tutduqca, onunla müxtəlif oyunlara
qatıldıqca o özünü xoşbəxt hiss edir. Alimlərin
tədqiqatları nəticəsində sübut olunub ki, qucaqda böyüyən uşaqlar
gələcəkdə daha mehriban, ünsiyyətcil və münasibətlərə açıq olurlar.
Əksinə valideüinləri sərt prinsiplərin daşıyıcısı olub, qucağa
götürülməyənlərsə sərt, özünə qapalı, və özünə inamsız insanlar kimi
böyüyürlər.Hətta ürəkdən istədikləri təqdirdə belə xasiyyətlərinin bu
cəhətləri ilə mübarizə aparmaqda acizlik hiss edirlər. Bütün
bunları nəzərə alaraq alimlər belə bir fikir söyləyirlər ki, qucaq
dövrü körpədə bir sıra əsas keyfiyyətlərin formalaşdığı bir vaxtdır.
Lakin
ana əvvəlcədən hansı münasibəti sərgiləyəcəyini özü üçün
müəyyənləşdirməlidir. Körpə özünə münasibətdə sabitlik hissi
yaşamalıdır. Necə deyərlər ananın özünə məxsus tərbiyyə dəsti –xətti
olmalıdır. Belə olarsa körpəni tərbiyyə etmək də
asandlaşar.Əgər siz həmişə körpə ağladığı zaman dərhal onu qucağınıza
alacaqsınızsa bu vərdişinizi tərgitməyin. Eyni hal siz onu çarpayıda
qoymağa qərarlı olduqda da təkrarlanmalıdır.
 
Redakte etdi: PRETTY GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!