Övladınızın dırnaq yemə vərdişi..

Övladınızın dırnaq yemə vərdişi..
Bir Ana - Bir Bala
10.09.2017 49
Statistika
göstərir ki, dırnaqyemə vərdişi uşaqlarda təxminən 3-4 yaşlarında
formalaşır. Bu yaşda körpələrin 33%-də sözü gedən vərdişə təsadüf
olunur. Həddi-buluğa çatmış insanların da 40-45%-də dırnaqyemə
probleminin daşıyıcılarına rast gəlinir.
Mütəxəssislərsə
əmin edirlər ki, bu vərdiş də oxşarı-barmaq sorma kimi psixoloji
amillərdən qaynaqlanır. Psixoterapiyada dırnaqyemə vərdişi özünə
inamsızlıq əlaməti kimi qiymətləndirilir.
Əfsus
ki, bu gün ailələrdə tez-tez rast gəlinən problemlər: həddindən artıq
ciddi və avtoritar rejimin olması, uşağın daima danlanması,
qısqanclıq, istədiyi diqqəti və sevgini ala bilməməsi, sıxıntı və
gərginlik bu cür xoşagəlməz vərdişin yaranmasına səbəb olur.
Bu
vərdişin təhlükəli məqamlarını və dırnaqyemənin aradan qaldırılmasına
yönəlmiş ən uğurlu tibbi addımları "Burlaxatun.az”a
həkim-psixoanalitik Elmir Əkbər açıqlayır:
Birincisi təbii ki, estetik cəhətdən dırnaq üçün dırnaqyemə vərdişi fəlakətdir.
Fikir versəniz, bu vərdiş olan insanlarda dırnaq spesefik formadadır.
Digər pis vərdişlərdən fərqli olaraq, müalicə aparılmadıqda bu illərlə
keçməyən vərdiş olduğundan, insan böyüyür, yetkinləşir, dırnaqlar isə
tam formaya qədər inkişaf edə bilmir.
Ikincisi dırnağın üzərində xüsusi qoruyucu təbəqə var ki, dırnağı müxtəlif mikroorqanizmlərdən, viruslardan qoruyur.
Dırnaqyemə vərdişi nəticəsində o təbəqə pozulur. Diş üçün mina qatı
vacib olduğu kimi dırnaq üçün də bu təbəqə çox vacibdir. Həmin təbəqə
pozulduqda dırnağa mikrobların, virusların düşmə ehtimalı daha çox
olur.
Mədə-bağırsaq sisteminə gəldikdə isə, bu vərdiş olduqca təhlükəlidir. Cinsi yolla keçən bir neçə virusu istisna etməklə, bütün növ parazitlər məhz qida borusu vasitəsi ilə orqanizmə düşür.
Dırnağın
altında xüsusi temperatur saxlanıldığından, müxtəlif növ parazitlərin
yaranması və çoxalması üçün münbit şərait var. Eyni zamanda insan
qidalanarkən dırnağın altına yığılan qida hissəcikləri həmin
parazitlərin qidalanmasına şərait yaradır.
Insan
dırnağını yeyəndə bu parazitlər asanlıqla oraqnizmə düşərək, orada
uyğunlaşmağa və çoxalmağa başlayır. Müayinə keçirsək görərik ki,
dırnağını yeyən hər 100 uşaqdan 99-nun mədə-bağırsaq sistemində daimi
olaraq parazitlər mövcuddur.
Eyni
zamanda dırnaqyemə vərdişi mədə-bağırsaq sistemində müxtəlif
helimetozların (bura bütün növ helimentlər aiddir), qeyri-spesifik
invazik xəstəliklərin, dizentiriyanın, mədə-bağırsaq xorasının və digər ağır xəstəliklərin yaranmasına səbəb ola bilər.
Bir
faktı da qeyd etmək lazımdır ki, bu vərdiş hepatit A (100%-lik keçmə
təhlükəsi var) və (bəzi alimlərin fikrincə) hepatit B (qara ciyərin
sirrozu) kimi xəstəlikərin yaranmasında rol oynaya bilər.
Dırnaqyemə vərdişinin qarşısını almaq üçün istifadə olunan acı dırnaq boyalarının orqanizmə mənfi təsiri ola bilər.
Birincisi dırnaqyemə vərdişinin aradan qaldırılması proseduruna
başlamaq üçün uşaq özü bu vərdişdən azad olmağı istəməlidir. Insan
daxilən bu vərdişdən azad olmaq istəmirsə bu kimi vasitələr müvəqqəti
xarakter daşıyır.
Bizim bazarımız bütün sahələrdə keyfiyyətsiz mallarla doludur.
Eyni zamanda əczaxanalarda da keyfiyyətsiz dərman vasitələri satıldığı
halda, acı dırnaq boyalarının keyfiyyətinə heç kim zəmanət verə
bilməz. Bizim bazarlara gətirlən həm də bu cür mallar müddəti bitmiş
ola bilər. Elə hallara da rast gəlinir ki, sözügedən dırnaq boyaları
azyaşlı uşaqlarda zəhərlənmə də verir.
Həm
də nəzərə almaq lazımdır ki, həmin vasitənin (keyfiyyətli olsa belə)
tərkibində daxili allerqiya reaksiyası yarada biləcək hər hansı maddə
dırnaqla bərabər orqanizmə ötürülə bilər. Oan görə də bu zərərli və
təhlükli vərdişin aradan qaldırlması üçün yeganə təsirli metod
psixoterapiyadır. Başqa heç bir üsul özünü doğrultmur. Qeyri-adi
ideyalar, vasitələr düşünülsə də, onların heç biri effekt verməyib.
Qeyd
edim ki, elə uşaq var ki, həkimə müraciət etmədən belə həyatının hər
hansısa məqamında bu vərdişdən azad olur. Ancaq bir daha qeyd edim
ki, bunun üçün insan özü daxilən buna hazır olmalı, bunu istəməlidir.
Bir
neçə il öncə belə bir fikir formalaşmışdı ki, uşaqlarda dırnaqyemə
vərdişi orqanizmdə kalsium və fosforun çatışmazlığı ilə bağlıdır. Lakin
sübut olunub ki, dırnaq yemə vərdişi məhz psixoloji faktorla
bağlıdır. Ata despot ata olan ailələrdə (qorxuların, qadağaların,
hədələrin və s.) uşaqlar dırnağını yeyir.
Özünü
ifadə edə bilməyən, valideynlərinin qəzəbindən, ətraf mühitin
təzyiqindən qaçmağa cəhd göstərən uşaqlar adətən bu vərdişə düçar
olurlar. Bu problemlə üzləşən uşaq yalnız psixoanalitikin, ən əsas isə
valideynlərinin köməyinə ehtiyac duyur. Buna görə də övladınızın
tezliklə bu zərərli və təhlükəli vərdişdən azad olması üçün tədbirlər
görmək çox vacibdir.
P.S.
Övladınızı bu problemlə üz-üzə qoymayın. Uşaq üçün uyğun olan bir
şərait yaratmağa çalışın. Körpəni qorxu yaradan vəziyyətlərdən, ana-ata
arasında olan anlaşılmazlıqlardan, maddi sıxıntılardan, böyüklərin
mənəvi problemlərindən uzaq saxlamağa çalışın ki, körpəniz də sizə həm
fiziki, həm də psixoloji baxımdan sağlam övlad valideyni olmaq
xoşbəxtliyini yaşatsın.
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!