Yeni ilə uşaqlarınızla birlikdə hazırlaşın!!!

Yeni ilə uşaqlarınızla birlikdə hazırlaşın!!!
Bir Ana - Bir Bala
10.09.2017 43
 
 

Yeni il yaxınlaşır ... Küçələr, mağazalar yeni il üçün hazırlıqlarını tamamlamış vəziyyətdədir. Yeni il üçün planlar quraraq, ya da sevdiklərimizə hədiyyələr alaraq bizlər də hazırlıqlarımızı bir tərəfdən tamamlamağa çalışırıq.
 
Yaxşı, uşaqlarımız yeni il üçün nələr edir? Əlbəttə ki, onlar da yeni il həyəcanının fərqində, hətta biz yetkin yaşlı insanlardan daha çox  bir həyəcan yaşayaraq Yeni ilə hazırlaşırlar deyə bilərik. Yeni ilin  bu son günlərində uşaqlarınızın həyəcanını artırmaq və onlarla xoş anlar  keçirmək üçün bu son günləri fərqli  planlayaraq keçirə bilərsiniz. Uşağınızla birlikdə olduqca əyləncəli bir günlər keçirmək üçün aşağıdakı sizin üçün hazırladığımız fikirlərdən yararlana bilərsiniz.
 
Nələr edə bilərsiniz?
Yeni il deyiləndə ağla ilk gələn şeylərdən biri də yeni il ağacıdır. Uşağınızla birlikdə evinizə bir yeni il ağacı alıb, onu  bəzəyə bilərsiniz. Müxtəlif bəzək əşyalarından istifadə edərək öz bəzəklərinizi də özünüz dizayn etsəniz, bu işi uşağınız üçün  həm daha xoş hala gətirmiş, həm də onun yaradıcı fikirlərini dəstəkləmiş olarsınız. Evin müxtəlif hissələrinin bəzədilməsi  də yeni il zamanı edilən ən əhəmiyyətli proseslərdən biridir. Fərqli bəzəklər və fərqli vəsaitlər istifadə edərək xüsusilə uşağınızın otağını bəzəmək uşaqlarınızı olduqca əyləndirəcək.Uşağınızla birlikdə yeni il şirniyyatları  hazırlayın. Yeni ilin son günlərində hər gün yeni bir peçenye hazırlaya bilərsiniz. Məsələn, Yeni ilə 5 gün qalmış 5 şəklində peçenyelər, 3 gün qalmış 3 şəklində peçenyelər hazırlaya bilərsiniz. Beləcə uşağınızın saymaq  anlayışları haqqında fərqli bir fikir yaratmış olarsınız.
Bununla uşağınız Yeni ilinə geriyə saymağı bacarar və bunu müxtəlif vəziyyətlər üçün də tətbiq edə bilərsiniz. Məsələn uşağınıza hazırladığınız meyvə qabına meyvələri o günün sayına uyğun şəkildə kəsilmiş şəkildə qoya bilərsiniz. Xüsusilə çox kiçik yaşda olan uşaqlar üçün olduqca əhəmiyyətli bir görüntü meydana gətirə bilən bu işi etmənizi tövsiyə edərdik.Uşağınızla birlikdə müxtəlif  şəkillər çəkərək Yeni ilə  hazırlaşın. Ağ bir kağızın üzərini fərqli rənglərlə boyanın, daha sonra boyadığınız kağızı bütünlüklə qara rənglə təkrar müraciət edin. Bu proses  bitdikdən sonra kağızının üzərində adi qələmlə müxtəlif şəkillər çəkin. Ortaya çıxan iş həm çox xoş,  həm də çox dekorativ olacağı üçün uşağınız bu işi etməkdən zövq alacaq.
Redaktə etdi:PURE LOVE
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!