Uşaqla yola necə çıxaq?

Uşaqla yola necə çıxaq?
Bir Ana - Bir Bala
10.09.2017 49


Yeni il bayramı ilə birlikdə səyahətlər də başlayır. Biriləri
soyuqdan qaçaraq isti ölkələrə üz tuturlar. Digərləri əksinə qış
əyləncələrinə üstünlük verərək qış istirahət mərləzlərini seçirlər.
Bəziləri isə baba-nənəyə baş çəkmək üçün rayona yollanırlar.
Səyahətə hazırlıq
1. Qışdan yaya doğru. Siz ekzotik isti bir ölkəyə
səyahət etmək istəyirsinizsə, təbii ki, təyyarədən istifadə edəcəksiniz.
Buna görə də uşağa bir şüşə su, alma və ya peçenye, ürəkbulanmaya qarşı
konfet əlinizin altında olmalıdır.
Təyyarə enib və qalxanda uşaqların "qulağının batmaması” üçün
şirniquş və ya saqqız ala bilərsiniz. Bəzi analar "Otipaks” dərmanını
qulağa tökürlər. Özünüzlə rəsm albomu, rəngli karandaş, kiçik oyuncaqlar
da götürməyi unutmayın.
Böyüklərdən fərqli olaraq uşaqlar uçuş zamanı yatmağı sevmirlər. 4-5
yaşlı uşaqlar üçün masaüstü oyunlar ala bilərsiniz. Enəcəyiniz ölkənin
iqlimini nəzərə alaraq uşağa yay geyimi götürmək lazım olacaq.
2. Qışdan qışa doğru. Uşağı bir neçə qat geyindirməyi unutmayın ki, təyyarədə salonun temperaturuna görə soyunmağı mümkün olsun.
3. Qatarda. Bu halda iqlim qurşağı bir o qədər də
dəyişmədiyinə görə, üst geyimlərini əl altında saxlamağı unutmayın. Ola
bilər ki hər hansı bir stansiyada təmiz hava almaq üçün enmək fikrinə
düşərsiniz. Yol uzun ola bilər.
Buna görə də vacib əşyaların siyahısını öncədən tutmaq lazımdır.
Telefon üçün adapter, radio üçün qulaqcıqlar, masaüstü oyunlar vacib
elementlərdəndir. Yemək üçün tez həll olunan sıyıqlar, bişintilər, alma,
xiyar, pomidor, soyutma yumurta, kolbasa və pendir köməyinizə çatacaq.
Kupedə öz ailənizlə gedirsinizsə uşaq üçün qorşok götürə bilərsiniz,
çünki gecənin yarısı uşaqla ayaqyoluna getmək heç də rahat deyil. Giqiyenanı qorumaq məqsədilə özünüzlə antibakterial nəm salfetka
götürməyi unutmayın. Yolunuz açıq olsun!


Tərcümə etdi: MR. OFFİCERRedakte etdi: PRETTY_GİRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!