Uşaqlarınıza özlərini sevməyi öyrədin

Uşaqlarınıza özlərini sevməyi öyrədin
Bir Ana - Bir Bala
10.09.2017 85
"Özünü sevmək" adamın duyğu və düşüncələrinin fərqində olması, insan olmanın dəyərini bilməsi və özünə yaxşı davranması olaraq təyin olunur
 
Süni olaraq
öz-dəyər duyğusunu yaratmağa işin narsislik və romantik donuqluq kimi
problemlərə gətirib çıxardığı bilinir. Özünü sevmək isə elastiklik,
yüksək həyat enerjisi, yaradıcılıq və ümumiyyətlə həyatda
müvəffəqiyyətli olmaqla doğru mütənasib.
İşdə sizə uşaqlarınıza özlərini sevməyi öyrətmək üçün bir neçə üsul;
Uşaqlarınıza 'yaxşı bir həyat' ın nə olduğunu təlim edin
Həyatımızdakı hər
şey idarəmiz altında deyil. Uşaqların, həyatın eniş və çıxışlardan
ibarət olduğunu, gözəl təcrübələrin kefini çıxara bilməyi və hər şey
yolunda getmədiyində, bununla başa çıxa bilmənin böyümənin və inkişafın
bir parçası olduğunu öyrənmələri lazımdır.
Uşaqlarınıza
özlərini ictimai bir varlıq olaraq anlaya bilmə şansını verin.
Mütəxəssislər, həyatda müvəffəqiyyətli olma yolunun özünə və başqalarına
diqqətli olmaqla birlikdə, lazım olduğunda kömək də istəyə bilməkdən
keçdiyini söyləyirlər.
Uşağınızı deyil, davranışını mühakimə edin
Ana və atanın ən
əhəmiyyətli vəzifəsi, uşağın müvəffəqiyyət ya da uğursizluğuna bağlı
olmadan, ona özünü qiymətli hiss etdirmək. Uşağınızı olduğu kimi qəbul
edin və özlərini dəqiq olaraq görmələrini təmin edin. Səhv bir şey
etdiklərində, uşağınızın xarakterini deyil davranışını tənqidin.
Keçmişi cəzalandırmaq yerinə gələcəyi şəkilləndirin
Uşağınız doğru
olmayan bir şəkildə davrandığında, onun hadisəyə dünyagörüşünü anlamağa
çalışın və onun zərərli davranışlarını dəyişdirməsinə köməkçi olun.
Burada məqsəd, uşağınıza irəlidəki həyatında köməkçi olacaq vərdişləri
və ictimai bacarıqları qazandırmaq.
 Yaxşı bir rol modeli olun
Uşaqlar, ana və
atalarının etdiklərini, qarşılaşdıqları problemləri necə həll
etdiklərini müşahidə edər və öyrəndiklərini öz həyatlarına tətbiq
edərlər. Onlara özünüzü və həyatınızı sevdiyinizi hiss etdirməlisiniz.
Tərcümə və Redaktə etdi: PURE LOVEскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!