Ana səsi sakitləşdirici gücə malikdir

Ana səsi sakitləşdirici gücə malikdir
Bir Ana - Bir Bala
10.09.2017 24
 ABŞ-dan
olan elm adamları anaların öz uşaqlarıyla, sadəcə, telefonla əlaqə saxlaya bildikləri
üçün özlərini günahkar saymalarını yüngülləşdirə biləcək bir araşdırma
aparıblar. Bu araşdırmaya görə, anaların səsi hətta gərgin uşaqları
sakitləşdirməyə yetir. Araşdırmaçılar sevilən biri ilə səs mübadiləsinin
insanlara necə təsir etdiyini öyrənmək üçün apardıqları təcrübədə üzə
çıxarıblar ki, oksitosin hormonunun yetkinlik vaxtı öncəsində və gərgin durumda
olan qızlara analarının və ya çox sevdikləri birinin səsini eşitmək
sakitləşdirici təsir bağışlayır. Yaşları 7 - 12 olann 61 qız, tanımadıqları
insanların önünə çıxarılaraq onlardan bir performans göstərmələri istənilib.
Daha sonra bu qızlar 3 qrupa bölünüb. Onlardan 1-ci qrupu anaları tərəfindən
fiziki təmas yolu ilə sakitləşdirilib. 2-ci qrup anaları ilə telefonda danışıb,
3-cü qrup isə anaları ilə heç bir təmas qurmayıb. Bu müddətdə uşaqların stress
hormonuna nəzarət olunub. Anaları tərəfindən fiziki, ya da səs yoluyla
sakitləşdirilən uşaqların oksitosin hormon səviyyəsində bənzərliklər qeydə
alınıb. Alimlər vurğulayıblar ki, əldə olunan nəticələr bir daha yaxınların,
xüsusilə də anaların səsinin çılğın uşaqların sinir sisteminin
sakitləşdirilməsinə, onlarla sosial əlaqələrin qurulmasına çox güclü təsir
göstərdiyini oratya qoyub. Ailələri və dostları ilə yaxşı münasibət qura
bilməyən yeniyetmələrin sağlıq durumları da digər yaşıdları ilə müqayisədə
mənfi təsir bağışlayır. Anaların səsi həm də uşaqları sağlıq baxımından
rahatladır.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!