Yaxşı və gözəl analar belə edir

Yaxşı və gözəl analar belə edir
Bir Ana - Bir Bala
10.09.2017 19
Uşaqlar həyatımızın ən böyük sevinci olmaqla bərabər,
narahatlığımızın, qorxularımızın da ən böyük səbəbidir. Ona görədə
onlara qarşı diqqətli olmalı, qayğı göstərməli, ən başlıcası sevməliyik
və sevgimizi hər zaman göstərməliyik. Çünki onlar  göstərmədiyimiz
hissləri anlaya bilmirlər. Uşaqlarınızı hər zaman sevin, öpün, oxşayın.
Bu onlara özünə güvən duyğusunu aşılayır.

Bəzən uşaqlar səbəbsiz inadlaşır. Uşağın inadlaşarkən göstərdiyi hərəkətlər də hər yaşa görə fərqli olur.

1
yaşında uşaq yeriməyə başlayır, yerimək, bədəninə  sahib ola bilmək onu
sevindirir. Artıq böyüklərə bağlı deyil. Yeni təcrübələr qazanmağa
başlayır. Amma, hər təcrübənin də riski var. Uşaqlar bunu anlamır.
Onların əvəzinə bu hissi valideyn yaşayır. Beləliklə, uşağa qarşı fərqli
davranışlar sərgilənir. Bu da körpənin onsuzda qarışıq olan beynini
daha da qarışdırır. Əsasən təməl alışqanlıqlara qarşı etirazlar edirlər.
Məsələn yeməyə, yatmağa. Bu zaman uşağın hisslərini anlamağa çalışın.
Etirazın səbəbi sadəcə inadlaşma deyil, dəyişən ehtiyac da ola bilər.
Uşaq inadlaşarsa, ona istədiyinin niyə olmayacağını qısa və kəskin
cümlələrlə anlatmağa çalışın. Səbəbini izah etmədən etiraz etməyin,
"olmaz” deməyin. Səs tonunuz alçaq və qərarlı olsun. Uşağınızın köməyə
ehtiyacı var, tək köməkçisi, öyrədicisi sizsiniz.

2-3  yaş dövrüdaha çətindir. Uşaq özünü mərkəzə qoyur və hər şeyin onun istədiyi kimi
olmasını istəyir. İsrar etməyin, təcrübələrinə şərait yaradın və eyni
zamanda diqqətli olun. İstədiyində kömək edin. Ən xırda nailiyyətində
onu alqışlayın, tərifləyin. Bu şəkildə uşağın özünəgüvən duyğusunu
qazanmağına yardımçı olarsınız. Əgər uşaq yemək və ya yatmaq vaxtı
inadlaşıbsa, gün ərzində yaşadıqlarına diqqət edin. Çünki başqa hər şeyə
etirazını yeməməklə, yatmamaqla göstərə bilər. Uşağınıza seçmək şansı
verin. Məsələn paltarını dəyişdirmək istədiyinizdə bir deyil, iki, üç
paltar seçin və onların içindən birini onun seçməsinə imkan yaradın.

4 yaş dövrüuşağın sosial sərhədləri qavradığı, birlikdə yaşamağın qanunlarını
öyrəndiyi dövrdür. Bu dövrdə qazanılmış vərdişlər geri dönə bilər.
Məsələn, altını islatma kimi. Bu zaman uşağın bilərək etdiyini düşünmək,
cəza vermək, danlamaq münasibətləri pozan davranışlardır.  Uşağın
yaşadıqlarını gözdən keçirmək və bunun səbəbini aydınlaşdırmaq lazımdır.

Gecə
terroru və ya yuxu terroru bu yaşda daha da sıx görülür. Yuxuya
getdikdən bir müddət sonra başlayan, uşaq şiddətli ağlayaraq yuxudan
oyanır. Yatağında oturur və ya ayağa durur, paltarını dartmaq, yatağını
dağıtmaq kimi məqsədsiz hərəkətlər edir, anlaşılmayacaq şəkildə danışır.
Bu zaman uşağa toxunmaq olmaz. Sakit gözləmək lazımdır. Tibbi baxımdan
təhlükəli hal deyil. Terror bitdikdən sonra uşaq yuxuya gedir. Gecə
terrorunun səbəbi gün ərzində yaşadığı narahatlıq və qorxular ola bilər.
Bizim diqqətimizi çəkməyən hadisələr uşağa ruhsal təsir edir. Ona görə
böyüklərin onu qorxudacaq davranışların olmamasına, yaşına uyğun
olmayan, qorxa biləcəyi televiziya proqramı izləməməyinə diqqət edin.
Gecə terrorunun yuxuya getdikdən nə qədər sonra başladığını
dəqiqləşdirin, terrordan öncə uşağı oyadıb, qarşısını ala bilərsiniz

Uşağınıza
səbəbini izah edərək "yox” deməyi, sərhəd qoymağı bacarmalısınız. Hər
dediyini etsəniz uşaq bunu hamıdan gözləyəcəkdir. Hər iki valideyn eyni
davranmalıdır. Uşaq yanlış davranarkən onu başa salın, gərəkdiyi vaxt
yanlış davranışının nəticəsini yaşamasına izn verin. Məsələn, uşağınız
oyuncaqlarını yığışdırmırsa, otaqda hərəkət etməyinə yer qalmayacağını,
oyuncaqlarına ilişib yıxılacağını deyin. İcazə verin yığışdırmamağın
nəticəsini yaşasın. Bu zaman yığışdırmaq istəyəcəkdir.

Uşaqlara
zamanında sərhəd qoymalı, səbəbini açıqlamayaraq "yox” deməli,
gərəkdiyində yanlış davranışının nəticəsini yaşatmalısınız. Uşağın
səhvini düzəltməsinə imkan verir. Davranışının düzgün olmadığını, sizi
incitdiyini və bunlara rəğmən onu sevdiyinizi söyləyin. Unutmayın,
sevginiz ən böyük  yardımçınızdır.

6 yaşa qədər uşaqlar
hansı davranışının yaxşı, hansının pis olduğunu qavraya bilmir. Ona görə
davranışlarına sizin verdiyiniz reaksiya önəmlidir. Çünki onlar buna
əsasən qərar verir. Əgər uşağınız pis davranır, sizi vurur, qışqırırsa,
ona bunun sizi incitdiyini, xoşunuza gəlmədiyini, bunu daha etməsini
istəmədiyinizi söyləyin. Uşaq yenə də bir neçə dəfə bu hərəkətləri
təkrarlaya bilər. Hər dəfə eyni reaksiyayla qarşılaşarsa, bu cür
davranışlardan əl çəkər.

Dr. Rayihə Xudiyeva



   
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!