Yenidoğulmuş körpələrdə qəfləti ölüm sindromu

Yenidoğulmuş körpələrdə qəfləti ölüm sindromu
Bir Ana - Bir Bala
10.09.2017 32
Yenidoğulmuş körpələrdə qəfləti ölüm sindromu – bir həftəliyindən 1 yaşınadək rast gələ bilinən haldır. Sindromun mənşəi bilinmir, lakin tibb işçilərin çoxu bunu apnoe (nəfəsin dayanması) və ürək ritminin pozulmaı kimi qiymətləndirir. Bu hal 7 ayına kimi (pik 2-4 ayda müşahidə olunur) daha çox oğlan uşaqlarında (60%) rast gəlinir. Qəfləti ölüm ən çox gecə və ya səhərə yaxın, soyuq mövsümdə baş verir.
Yenidoğulmuş körpələrdə qəfləti ölüm sindromunun əsas risk faktorları.
Statistikaya əsasən əsas risk faktorlarına: otağın pis havalandırılması və ya həddindən artıq isidilməsi, körpə yatan otaqda siqaret çəkilməsi, körpənin möhkəm bələnməsi faktları daxildir. Risk faktorlarına həmçinin uşağın az çəki ilə və ya vaxtından tez doğulması, ananın azyaşlı olması (17 yaşa kimi), ağır doğuş, abortların sayı da aiddir.
Mütəxəssislər qeyd edir ki, yeni doğulan körpələrdə müvəqqəti nəfəs dayanması müşəhidə olunur. Bu adətən 10-15 saniyyə çəkə bilər, lakin bu vəziyyəti mütləq həkimin nəzərinə çatdırmaq lazımdır.
Ürəkdə aritmiya isə tam sağlam körpələrdə də baş verə bilir. Bu sindrom körpələrdə xüsusən payız-qış fəsillərində respirator xəstəliklərin artdığı dönəmdə rast gəlinir.
Bundan əlavə nəsildə qəfləti ölüm sindromuna rast gəlinibsə, yenidoğulmuş körpənin də risk faktoru var deməkdir.
Körpənin nəfəsinin qəflətən dayandığını görəndə nə etmək lazımdır?
Körpənin nəfəsi qəflətən dayanarsa, onurğa sütunu üzrə barmağınızla masaj edin, qucağınıza alaraq onun əl, ayaq və qulaqlarını intensiv masaj edin. Bu vasitələr onun nəfəsinin qayıtmasında kömək olacaq. Təcili yardım gələnə kimi isə körpəyə süni nəfəs vermək və sinəsini masaj etmək vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!