Körpələrin ağlama səbəblərinin sirri tapıldı

Körpələrin ağlama səbəblərinin sirri tapıldı
Bir Ana - Bir Bala
10.09.2017 41
Üzün aldığı şəkilə görə körpələrin ağlama səbəbinin aydın ola biləcəyi bildirilir.
Məlumata
görə İspaniyadakı Murcie Universitetinin bir sıra elm adamları, 3-18
aylıq 20-ə qədər körpənin ağlayarkən üzlərinin aldığı şəkli araşdırıb.
Körpələrin əsəbdən ağladığında gözlərinin açıq ya da batıq olduğu, baxışlarının isə dalğın olduğu görülüb.
Qorxu
vəziyyətində isə gözlərinin daha çox açıldığı, bəzən başın geriyə
yönəldiyi və gözlərin bir nöqtəyə fokuslanıldığı deyilir.
Ağrı
vəziyyətində isə ağlayan körpələrin gözlərinin az qala bağlı olduğu və
alınlarının yüngül qırışdığı məlumatda öz əksini tapıb.
Elm
adamları, ağrısı olan və ya qorxan körpənin birdən gur səslə ağlamağa
başladığını, əsəbi olduqda isə ağlama səsinin gedərək artdığını qeyd
ediblər.
Ağlayan körpələrin fotoşəkillərinə görə əsəbilik və qorxu halını ayırd etməkdə çətinliyin olduğu da təyin olunub.
Araşdırmanın, ''Spanish Journal of Psychology'' jurnalında dərc olunduğu da bildirilir.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!