Körpəniz Üçün Ad Seçimi

Körpəniz Üçün Ad Seçimi
Bir Ana - Bir Bala
10.09.2017 89
"Minlərlə ad arasında seçim etməliyəm! Kömək edin!" deyənlərdənsiniz? Cavabınız bəlidisə bu yazını oxumalısınız. 
Uşağınız üçün doğru ad tapa bilmək heç də asan deyil!  Siz ana - ata olaraq bir ailə içindəsiniz. Bu  ailədən, yoldaşlardan və hətta uzaq tanışlardan da sizə təkliflər gəlir deyilmi? Bütün təkliflərə açıq olun. Kim bilir, bəlkə də yaxşı bir fikir çıxar! Amma unutmayın. son qərar sizin və yoldaşınızındır. 
Hardan Başlamalıyam?
Yoldaşınızla adlar mövzusunda danışmağa başlayın. Birinizin çox bəyəndiyi bir ad digəri üçün qeyri-mümkün ola bilər! Ortaq bəzi adlar qeyd edin. "Favoritlərim" siyahısını hazırlayın. Ancaq bu siyahını hazırlayarkən diqqət yetirməniz lazım olan bəzi nöqtələr olduğunu unutmayın. Nələrmi? 
Səs Və Uyğunluq.
Yüksək səslə söylədiyiniz də, körpənizin adı qulağa necə gəlir? Melodikmi? Sərtmi? Soyadınızla birlikdə qulağa xoş gəlirmi? Qısa soyadı olanların uzun adları, uzun soyadı olanların qısa adları seçmələrində fayda var. Ağılınızda olsun :) Ad və soyadının bir-biri ilə uyğunlaşmasnı qulağa çox xoş gələcəyini də unutmayın. Handa Bir Adlar.
Az istifadə edilən bir adı seçmək irəlidə uşağınız üçün bir üstünlük ola bilər. Öz sinifinizi bir düşünün. Məsələn bizim sinifdə tam 4 dənə Nərmin var idi. Zamana görə, bəzi adlar modda ola bilər. Xüsusilə soyadınız da çox sıx istifadə edilən bir soyad isə sıx istifadə edilən adlardan qaçın. 
Qohumlar Və Yoldaşlar.
Bir çoxunuz ana,ata baba, nənə təzyiqi altında ola bilərsiz. Xüsusilə babalar öz adlarının nəvələrinə verilməsini istəyirlər. Babanın adı "Həsən" disə uşağınıza bu adı qoymağı düşünə bilərsiniz və ya göbək adı kimi istifadə edə bilərsiniz.
Yoldaşlarınızdan da digər qohumlardan da təkliflər gələcəkdir. Heç birini rədd etməyin. Qiymətləndirin. Ancaq son qərarın sizdə olduğunu hər vaxt hiss etdirin. 
Tərcümə etdi: Balamın Balasıyamскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!