İdmanla məşğul olan uşaqlar daha güclüdür

İdmanla məşğul olan uşaqlar daha güclüdür
Bir Ana - Bir Bala
10.09.2017 62
Uşaqlıq dövründə edilən idmanın, yalnız köklüyə maneə törətməklə qalmadığı, sümük inkişafına da müsbət təsiri olduğu müəyyən olundu.
Ankara Təhsil və Araşdırma Xəstəxanası Uşaq Poliklinikasında mütəxəssis Dr. Yavuz Sayar, Dos. Dr. Fatma İ. Arıkan, Dos. Dr. Ulduz Budaqlar Müdrik tərəfindən icra edilən, "Nizamlı İdman Edən və Etməyən Sağlam Adölesanların Sümük Mineral Sıxlığının Kantitatif Ultrason ilə Qiymətləndirilməsi" işində maraqlı tapıntılara çatıldı.
İş daxilində, 9-18 yaşları arasında nizamlı idman edən 55, etməyən də 56 sağlam yetkin izlənildi. İş sonunda, sümük mineral sıxlığı ölçümləri və D vitamini səviyyələri, nizamlı idman edənlərdə etməyən qrupa görə mənalı dərəcədə yüksək oldu.
Yetkinlik mərhələləri, boy və bədən ağırlığı dəyişənləri arasında hər iki qrup arasında mənalı bir fərq müəyyən olunmazkən, idman etməyən qrupdakıların bədən kütlə indeksi daha yüksək oldu.
İş əsnasında, iki qrup arasında gündəlik ortalama kalsium alışlarında mənalı bir fərq təsbit edilmədi. İş ayrıca, təhsil səviyyəsi yüksək ailələrin uşaqlarının daha çox idman etdiyini də ortaya qoydu. Ana ata təhsil səviyyəsinin yüksəkliyiylə idman etmə arasındakı əlaqə, mənalı dərəcədə yüksək müəyyən olundu.
İş sonunda, idman edən qrupda vitamin, etməyən qrupda isə siqaret istifadəsinin yüksək olduğu da görüldü. Fiziki fəaliyyət olaraq futbol və üzmə edənlər müqayisə edildiyində isə bədən kütlə indeksi, kalsium, sümük mineral sıxlığı, səs sürəti, alkalen fosfataz, D vitamini, kalsitonin dəyərləri baxımından mənalı bir fərq tapılmadı.

Tərcümə etdi:
PRETTY_GİRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!