Allerqik rinit (zökəm) və allerqik öskürək

Allerqik rinit (zökəm) və allerqik öskürək
Bir Ana - Bir Bala / Xəstəliklər və müalicəsi
06.12.2017 21
Tənəffüs orqanlarının allergik xəstəliklərinin səbəbi - uşağın tənəffüslə orqanizmə daxil olan allergenlərə (toz, çiçək tozcuqları, yun, quş tükləri va s.) qarşı müvafiq reaksiyadır. Tənəffüs allergiyalarının ilk əlamətləri uşağın bir neçə aylığında təzahür edə bilər.

Gündəlik olaraq allergenin (uşaq həyatının ilk aylarında bu əsasən inək südünün tərkibində olan zülaldır - süni uşaq qidalarının əsas tərkib hissəsi) qəbuluna cavab olaraq burunun selikli qişası şişkinləşərək burun yollarını tutur və bu səbəbdən allergik rinit (zökəm) inkişaf edir. Uşağın burnu axır, vaxtaşırı olaraq ağızla nəfəs almaq üçün qida ilə doldurulmuş qabın əmziyini ağzından çıxarır. Bu iltihab əksər hallarda qulaqlara da keçərək, hərarətin yüksəlməsi və kəskin ağrılarla müşayiət edilən allergik otitə (orta qulağın iltihabı) keçir. Allergik rinit gah sakitləşərək, gah da kəskinləşərək illərlə davam edə bilər. Ona görə də heç bir halda uşağınızda olan zökəmə etinasız yanaşmayın! Zökəmin səbəbini aydınlaşdırmaq üçün uşağınızı mütləq həkimə göstərin!

2-3 yaşdan yuxarı olan uşaqlarda allergik rinitin kəskinləşməsi burunda çoxlu miqdarda maye ifraz olunması ilə müşayiət olunur və onları burun damcıları ilə dayandırmaq mümkün olmur. Zökəmdən başqa, uşaqda gözlərin qızarması, göz qapaqlarında şişkinlik və qaşınmanın olması, gözlərdən yaş axması əlamətləri də qeyd edilir.

Allergik rinitin nəticələri çox ciddi ola bilər - uzun müddət ərzində burun tənəffüsünün çətinləşməsi nəticəsində uşaq yaxşı yata bilmir, onda tez-tez baş ağrıları olur, yaddaşı və diqqəti pisləşir, hətta usaq inkişafdan belə qala bilər və s.

Müalicə vaxtında başlanmazsa, allergik iltihab artaraq udlağı, qırtlağı, traxeyanı da zədələyir. Bu zədələnmənin əsas əlaməti öskürəkdir. Uşaqlarda müxtəlif səbəblərdən tez-tez öskürək baş verə bilər. Digər xəstəliklərdəki öskürəkdən fərqli olaraq allergik öskürək tutma şəklində olur, davamlı olaraq uşağı əldən salır. Allergiyası olan uşaq bir neçə gün ərzində öskürür, öskürək əksər hallarda uşağa axşamlar (yastıqda olan quş tüklərinə, yorğan və döşəkdə olan yuna qarşı olan allergiya nəticəsində) əziyyət verir. Allergik öskürək, adətən, quru olur, yəni bu zaman bəlğəm ifraz olunmur.

Azyaşlı uşaqlarda qırtlağın və səs tellərinin allergik şişkinliyi, kəskin və təhlükəli hal hesab edilən yalançı inağa səbəb ola bilər. “Hürmə” şəkilli öskürək və səsin xırıltılı olması valideynləri xeyli dərəcədə narahat etməlidir. Belə öskürəkdən sonra tənəffüsün pozulması əlamətləri artmağa başlayır, uşağın nəfəs alması çətinləşir, onun rəngi əvvəlcə avazıyır, sonra isə göyərir.

Normal tənəffüsün bərpa edilməsi üçün uşağa təcili tibbi yardım göstərilməsi tələb olunur. Yalançı inağ əksər hallarda viruslu infeksiyalar fonunda baş verir. Ancaq yalançı inağ il ərzində 3-4 və daha artıq sayda təkrar olunarsa, allergik səbəbin nə ola bilməsini də axtarmaq lazımdır.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!