Uşaqlar niyə gec danışır və qorxaq böyüyür?

Uşaqlar niyə gec danışır və qorxaq böyüyür?
Bir Ana - Bir Bala
10.09.2017 108
Uşaqların danışmaq qabiliyyətini necə inkişaf etdirmək? 

Ana
və uşaqların birlikdə oynadığı oyuncaqlar uşağın danışma müddətinə
ətsir edir. Uşaqlar üçün hazırlanan teveviziya verilişləri və kompyuter
oyunları uşaqların danışıq qabiliyyətinə mənfi təsir edir.
Texnologiyanın təqdim etdiyi imkanlar və elm dünyanı sərhəd tanımaz
şəkildə kəşf etsə də, 3 yaşına qədər uşaqlarda tv izləmək, kompyuter
oyunları oynamaq, dil inkişafına mənfi ətsir edir. 

Milli
oyunlar artıq yaddaşlardan silinib. Bu oyunlar, əslində, uşaqlarda dil
inkişafını sürətləndirir. Böyüklərin erkən dönəmlərdən uşaqlarla
maraqlanması, onlarla danışması, dediklərini mimika ilə dəstəkləməsi
uşağın danışıq qabiliyyətinə kömək edir. Uşaq valideyni təqlid edərək
dili öyrənməyə başlayır. Xüsusən də ana tərəfindən deyilən sözlər
uşaqların yadında daha yaxşı qalır və dil inkişafını müsbət istiqamətdə
dəstəkləyir. Türkiyənin qadın saytına istinadən xəbər verir
ki, kitab oxumaq da  uşaqla söhbət etmək və oyun oynamaq qədər vacibdir.
Valideynlər uşaqla danışmalı, dinlədiyini hiss etdirməlidir. Uşaq
səslərə reaksiya verdiyi zaman daha çox cəsarətləndirməli, məmnuniyyət
bəlli etmək lazımdır. Beləcə uşaq danışmağa həvəslənir.

Hansı oyun, ya da oyuncaqlar dil inkişafı üçün faydalıdır? 
Mahnı oxumaq 
Yanıltmac və bilməcə söyləmək 
Oyuncaq telefon, mikrofon kimi danışa və mahnı oxuya biləcəyi oyuncaqlar 
Nağıl danışmaq 
Saymağı öyrətmək 
Şəkilli kitab oxumaq, danışmaq və bu zaman sual vermək
Oyuncaq heyvanları ya da kuklaları danışdırmaq 
Tv və ya kompyuter niyə zərərlidir?
Uşaqlar çox gec danışmağa başlayır. 
Qorxaq olur və duyğularını ifadə etməkdə çətinlik çəkir.
Beyni daha gec inkişaf edir və diqqət əskiliyi yaşayır. 
Görmə qabiliyyəti uşaq ikən zəifləyir. 
Qaməti pozulur və köklük problemləri ortaya çıxa bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!