Canı yanan uşağa sevgi göstərin

Canı yanan uşağa sevgi göstərin
Bir Ana - Bir Bala
10.09.2017 10
Uşaq düşdüyü və ya hər hansı bir şəkildə canı ağrıdığı zaman mütləq  ana və atasından, daha olmadı ən yaxını tərəfindən təsəlli edilmək, sevilmək istər. Bu tərz hərəkət ana və atanın içindən gəlməsi lazımdır. Belə davranmaq uşaq üçün lazımlı olan ən təbii və edilməsi lazım olan doğru bir hərəkətdir. Bəzən, uşağını cəsur və qorxusuz böyütmək istəyən bir ana, onu təsəlli etmənin uşağı qorxaq edəcəyindən çəkinər. Amma özünə təhlükəsizliyi olan bir uşaq, canı yandığı zaman təsəlli edilməklə cəsarətsiz olmaz. Uşaqlar böyüdükcə, xüsusilə altı yaşı keçincə, cəsur olmaq və ən kiçik bir şey üçün anasına qaçmamaq üçün öz-özünə səy göstərəcək.



Amma hər şeyə ağlayan uşağın keçmişini diqqətlə izləmək lazımdır. Üstünə çox düşülərək nazlı bir uşaq halına gətirilməməlidir. Bəzən, ümumiyyətlə sərt olan ana, uşağın canı ağrıyınca, ya da uşaq xəstələnincə yumşalar. Bu çox pis bir şeydir. Uşağın canı yandığı zaman şəfqət göstərmək lazımdır amma digər zamanlarda da anlayışlı və yumşaq olmağa çalışmalısınız. Bəzən də ana - ata düşməkdən və xəstəlikdən o qədər qorxarlar ki, bu qorxulan uşağa da keçər.



Ağlamaqda olan uşağınızı təsəlli etməkdən qətiliklə özünüzü saxlamayın və çəkinməyin. Amma düşməsini ya da xəstəliyini böyütməyin və mümkün olduğunca bu hərəkətinin tez unudulması üçün bir az səy göstərərək unutmasını təmin edin.



/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!