Ana südünü necə artırmaq olar?

Ana südünü necə artırmaq olar?
Bir Ana - Bir Bala
10.09.2017 470
Başda uşağın atası olmaqla bütün ailə və həkimlər ana südünün vacib olduğunu deyir.






Ana südünü necə artırmaq olar?


Uşaq əmizdirən qadınlar üçün qida rasionu 
Süd,
2-3 stəkan qatıq, pendir 60 qr, ət, 3-4 porsiya balıq, yumruta, təzə
meyvə və tərəvəzlər, düyü, az miqdarda makaron və çörək.


Əmizdirmək üçün sinələrin dolmasını gözləməyin 
Uzun müddət əmizdirin 
Uşağın bir döşün südü bitinə qədər əmməsini gözləyin 
Sonra isə o biri döşə keçin 
Uşağı əmizdirərkən çılpaq olmasına diqqət edin 
Fikrinizi ancaq uşağa və əmizdirməyə verin 
Ana dincəlməli və qidalanmasına xüsusi fikir verməlidir
Əmzik və ya şüşə verməyin





Neçə saatdan bir əmizdirmək lazımdır? 
Uşaq
dünyaya gəldikdən sonra uşağın çılpaq olaraq ana sinəsinə toxunmasını
və təmasda olmasını təmin etmək vacib detallardan biridir. Ən gec bir
saat ərzində əmizdirilməlidir. Bəzi uşaqlar tez, bəziləri isə qidanı gec
qəbul edir. Lakin nə olursa-olsun uşaqlar heç vaxt nə istədiyindən
artıq, nə də istədiyindən az əmmirlər. İlk həftə tez-tez və nizamsız
olaraq qida qəbul etmək istəyirlər. Buna görə də uşağın əmmək istəyini
ilk həftələr rədd etməyin. İki həftəndən sonra uşaqlar 2-3 saatdan bir
əmmək istəyirlər. Yadınızda saxlayın ki, ilk aylarda uşaqların
əmizdirməyin dəqiq saatları və rejimi olmur. Uşaq istədiyi vaxt
əmizdirilməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!