Uşaqlar hələ ana qarnında ikən eşitdir?

Uşaqlar hələ ana qarnında ikən eşitdir?
Bir Ana - Bir Bala
10.09.2017 6
Aparılan bir araşdırma müəyyən edib ki, uşaqlar hələ ana qarnında ikən eşitdiklərini xatırlaya bilirlər. 



Finlandiyanın
Helsinki Universitetinin alimlərinin apardığı araşdırma dölün mahnıları
və söhbətləri xatırlaya bildiyini, dolayısı ilə beyin tamamilə inkişaf
etmiş olmasa da, öyrənə bildiyini göstərdi.



Alimlər
Fincedə bir mənası tapılmayan 3 hecalı olması ilə öyrənilməsi asan olan
"tatata” kəlməsini istifadə edərək dölün hafizəsini testdən keçirib.
Hamiləliyin 29-cu həftəsindən doğuşa qədər aparılan araşdırmada
qadınların yarısına yüz dəfə bu söz dinlədilib. 



Doğuşdan
sonra sözü dinlətdikləri uşaqların beyin fəaliyyəti təhlil edilib. Ana
qarnında "tatata”nı dəfələrlə dinləyən uşaqların beyninin bu kəliməyə
güclü reaksiya verdiyi müşahidə olunub. Bu kəlməni eşitməyənlər isə heç
bir reaksiya verməyib. Araşdırmaçılar dölün xarci aləmdəki səsləri eşidə
və xatırlaya biləcəyi ehtimalını təsdiqləyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!