Uşaqlar dişlərini necə təmizləməli ?

Uşaqlar dişlərini necə təmizləməli ?
Bir Ana - Bir Bala
10.09.2017 31
Körpələrdə ümumiyyətlə 6-8 aylıqkən ilk süd dişləri çıxmağa başlar. Körpənin ana südündən əlavə qidalara keçməsi ilə dişlər ətrafında bakteriya valı meydana gəlməsi və başqa səbəbdən çürük riski də başlamış olar. Xüsusilə əmzik çürüklərinin meydana gəlməməsi üçün körpəni əmzik ilə yatırtmamalı və əmziyə şəkər, bal kimi dadlandırıcılar qoyulmamalıdır.
Körpələrin dişləri çıxar çıxmaz diş fırçalalamağa başlanmalıdır. Körpələr üçün xüsusi olaraq hazırlanmış kiçik başlı və yumşaq diş fırçaları istifadə edilməlidir. Körpənin dişlərini su ilə və ya fluoridsiz körpə diş pastası ilə təmizləyə bilərsiniz. Körpələrin dişləri gündə ən az bir dəfə axşamları fırçalalanılmalıdır.
3 yaşında özü fırçalaya bilməlidir
Üç yaş qrupundakı uşaqlar öz dişilərini fırçalamağı sınaqlı və ana -  atalarının dəstəyi ilə bu əməliyyatı oyun və təqlid şəklində etməlidirlər. 6 yaşına qədər süd dişləri sürmələrini tamamlayar və 6-12 yaş arasında qarışıq dişlənmə dövrü başlar. Ömür boyu ağızda qalacaq davamlı dişlərin çıxdığı bu dövrdə uşaq artıq şüurlu olaraq diş fırçalaya bilməlidir.
Ağızda çürük meydana gəlməsinə səbəb olan bakteriya valının bütünü təəssüf ki, diş fırçası uzaqlaşdıra bilməz. Çünki diş fırçasının tək başına diş aralarına tam olaraq çatması qeyri-mümkündür. Çətin bölgələrdəki bakteriyaların təmizlənməsi üçün çıxarılmış bir çox təmizləmə vasitəsi vardır.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!