Analar, diqqət! Qızlarda seksual maraq 6 yaşdan başlayır

Analar, diqqət! Qızlarda seksual maraq 6 yaşdan başlayır
Bir Ana - Bir Bala
10.09.2017 19
Bu, adətən öz xarici görkəmlərinə həddən artıq fikir verən anaların uşaqlarında özünü göstərir 


Qız uşaqlarında seksual görkəmləri ilə populyarlıq qazanmağa cəhdlər 6 yaşından başlayır. Bu, adətən öz xarici görkəmlərinə həddən artıq fikir verən anaların uşaqlarında özünü göstərir.
 
Alimlər sadə bir eksperiment aparıb. Onlar kiçik yaşlı məktəblilərə iki gəlincik göstəriblər. Birini adi dəblə, digərini isə daha açıq-saçıq geyindiriblər. Qızlara bu kuklaların hansının gözəl olduğunu, onlardan hansına oxşamaq istədiklərini, hansının məktəbdə daha populyar ola biləcəyini soruşublar.
 
Qızların çoxu daha seksual görkəmli kuklanı bəyəniblər. 68 % onlara oxşamaq istədiyini deyib. 72 % isə bildirib ki, daha seksual gəlincik məktəbdə populyar ola bilərdi.
 
Psixoloqların qənaətinə görə, məsələnin kökü məhz bundadır: Seksual görkəm populyarlıq yaradır.
 
Bu zaman təcrübə aparanlar adi məktəblilərlə rəqs studiyasına gedənlərin düşüncə fərqlərini də müqayisə ediblər. Kiçik rəqqasələrin seksual görkəmi daha az arzuladıqları bəlli olub. Psixoloqlar bunu rəqslə məşğul olanların öz bədənlərinə başqa cür yanaşdıqlarını və bədənlərini başqa cür qiymətləndirmələri təfəkkürünü formalaşdırır.
 
Maraqlıdır ki, seksuallıq oğlanlar arasında da mühüm hesab olunur. Amma populyar olmaq üçün oğlanlar seksual olmaqdan çox başqa üsullardan istifadə etməyə önəm verirlər.
 
"Sex Roles” jurnalında dərc olunan araşdırmada müəlliflər balaca qızların seksuallığa meylli olmasının bir neçə səbəbini nəzərdən keçiriblər. Onlar hesab edir ki, belə məsələlərdə günahlandırılan televizor canlı nümunələrlə birlikdə uşaqların psixologiyasına təsir edir. Əgər qız uşağı televizordan gördükləri ilə yanaşı, öz anasının da seksuallığına və populyarlığına həddən artıq vaxt ayırdığını görürsə, onun da beynində bunlara maraq yaranır.
 
Analar televizorda göstərilənləri qızlarına izah etməklə pozitiv nəticə də əldə edə bilərlər. Belə valideynlərin qızları arasında aparılan təcrübədə seksual gəlinciklərin populyarlığı 7 faiz azalır. Bütün hallarda uşaqların televizorda eşitdiklərinin izahını vermək lazımdır.
 
Əgər qızcığaz televizora baxmayıb və dindar valideynlərin yanında böyüyübsə, bu halda da onların seksuallığa meyli çox olur. Bu zaman qadağan olunmuşa meyllilik onların düşüncəsini tənzimləyir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!