Südverən anaların pəhriz saxlaması təhlükəlidir

Südverən anaların pəhriz saxlaması təhlükəlidir
Bir Ana - Bir Bala
10.09.2017 13
Türkiyənin "Karadeniz Teknik Üniversitesi"nin Farabi Xəstəxanasının
diyetoloqu Uğur Bayramoğlu uşaq əmizdirən anaların pəhriz saxlamasının
təhlükəli olduğuna diqqət çəkib.

Həkim hamiləlik zamanı qadının 9-12 kiloqram kökəlməsinin normal bir hal olduğunu deyib.

U. Bayramoğlunun sözlərinə görə, analar doğuşdan sonra südün verilməsi
üçün ehtiyac olan enerjini hamiləlik ərzində qazanılan çəki nəticəsində
əldə edirlər. Ona görə hamiləlikdən sonra pəhriz saxlamaq uşaq
əmizdirən analar üçün təhlükəli ola bilər:

"Uşaqlar süd əmdikcə ananın döşündə öz-özünə yeni süd əmələ gələcək və
beləcə tədricən arıqlamaq mümkün olacaq. Düzgün əmizdirən və ev
daxilində fiziki aktivliyini sürdürən bir ana pəhrizə qətiyyən ehtiyac
duymadan hamiləlik sırasında qazandığı çəkini ata bilər".

Bu sözlərin doğruluğunun şahidi olaraq bütün analara uşaqlarına mütləq
süd vermələrini həm özləri həm də övladları üçün faydalı olduğunu
xatırlatmağı özümüzə borc bilirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!