Ərköyün uşaq olduğunu göstərən 10 əlamət

Ərköyün uşaq olduğunu göstərən 10 əlamət
Bir Ana - Bir Bala
10.09.2017 70
Ərköyün Bir Uşaq 



1- Tez-tez Hirs Keşiyi Keçirər



Ərköyün uşaqlar çöldə, insan içində və hətta öz evində, tez-tez hirs keşiyi keçirər, dayandıq yerdə qışqırmağa və ağlamaya başlar.



2- Əsla Təmin Olmaz



Ərköyün uşaqlar əsla sahib olduqlarıyla kifayətlənməzlər və əlindəkilərlə əsla təmin olmazlar. Əgər bir uşağın əlində başqa bir şey görsələr, mütləq onu istəyərlər.



3- Heç Köməkçi Deyil



Heç bir uşaq təmizlik etməkdən xoşlanmaz amma bir uşağın 4-5 yaşına gəldiyində artıq öz oyuncaqlarını toplamaya, öz ayaqqabılarını qaldırmağa başlaması lazımdır. Amma ərköyün bir uşaq bu kiçik işləri belə etmək istəməz.



4- Bğyükləri Nəzarət etməyə Çalışar



Ərköyün uşaqlarda böyük-uşaq ayrı-seçkiliyi çox olmaz. Yaşına baxmadan, bütün böyüklərin davamlı onlarla maraqlanmasını və onları dinləməsini istəyərlər.



5- Sizi İnsan İçində Alçaq Edər



Bəzi vəziyyətlərdə uşağınız sizi istəmədən utandıra bilər, amma ərköyün uşaqlar sizi bilərək və istəyərək insan içində utandırar və diqqəti cəlb etmə adına sizi alçaq edə biləcək davranışlarda ola bilər.



6- Əsla Paylaşmaq İstəməz



Paylaşma fikri kiçik uşaqlar üçün öyrənməsi çətin bir vəziyyətdir. Amma bir uşaq 4 yaşını keçdikdən sonra, oyuncaqlarını, yeməkləri və s. şeyləri qardaşlarıyla və yoldaşlarıyla paylaşma istəyinə sahib olar. Ərköyün uşaqlar paylaşmaz.



7- Ona Yalvarmaq Məcburiyyətində Qalarsınız



Valideynlər ya da baxıcı, uşaq üçün bir nüfuz fiqurudur və onun dediklərinə uyğun gəlmək məcburiyyətindədir. Uşağınıza bir şeyi etməsi üçün yalvarmaq məcburiyyətində qalmamalısınız, amma ərköyün bir uşağınız varsa bu ümumiyyətlə belə olar.



8- Sizi Görməməzlikdən gələr



Heç bir uşaq "xeyr" sözündən xoşlanmaz, amma onunla danışarkən sizi görməməzlikdən və eşitməzdən gəlməsi, onun ərköyün bir uşaq olduğunu göstərər.



9- Tək başına Oyun Oynamaz



Bir uşaq 4 yaşına gəldiyində, tək başına oyun oynaya bilməli ya da tək başına oyun oynamağı istəyə bilməlidir. Davamlı anası ya da atasıyla oyun oynamaq istəməsi, onun maraq ehtiyacından qaynaqlanır ola bilər.



10- Ona Rüşvət Verməlisiniz



Valideynlərin uşaqlarına təkrarlanan işlərini etmələri üçün pul, oyuncaq, şəkər vs. kimi rüşvətlər verməməsi lazımdır. Amma ərköyün bir uşağa rüşvət vermədən bir şey etdirmək çox çətindir.
 
/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!