Körpənizi sakitləşdirmək üçün qızıl qaydalar

Körpənizi sakitləşdirmək üçün qızıl qaydalar
Bir Ana - Bir Bala
10.09.2017 30
Körpənizin çətinliyini hiss edin…
Körpəniz aclıqdan ağlayarkən musiqi qoymaq onu sakitləşdirməyəcək, ya da diş ağrısından sancı çəkirkən bezini dəyişdirməniz onun ağrısını yüngülləşdirməz. Doğru zamanda doğru şeyləri etməyi zamanla hiss edəcəksiniz.

Kiçik barmağınızla anlamağa çalışın…
Körpənizin çətinliyini anlamanın ən klassik yollarından biri kiçik barmağınızı körpənizin ağızına aparıb əmib - əmmədiyini yoxlamaq olacaq. Buradan hərəkətlə ac olduğunu anlaya bilər, ya da yalnız əmərək sakitləşdiyini müşahidə edə bilərsiniz.

Ac ola biləcəyini göz qarşısında saxlayın...
Körpəniz aclıqdan ağlamış ola bilər. Bunu göz qarşısında saxlayaraq ona əmziklə ana südü ya da mama verməyi yoxlaya bilərsiniz.

Yelləməyi yoxlayın… körpələr hərəkətdən xoşlanarlar
Körpəniz ağlamaya başladığında onu yelləməyi sınayaraq xoşuna gəlib - gəlmədiyinə baxa bilərsiniz.

Kimi körpələr beşikdə yellənməkdən, kimi qucaqda kimi də arabasında irəli - geri yellənməkdən xoşlana bilər.

Mahnı oxuyaraq rəqs edin…
Körpənizi çiyinlərinizdən yuxarıya doğru qaldırın və əlləri ilə boyunuzu qavramanızı təmin edin, irəli - geri hərəkətlərlə rəqs edərək mahnı oxuyun. Körpəniz sakitləşdikcə siz də yavaşlaya bilərsiniz.

Sling ya da kenquru ilə özünüzə bağlayın… Yaxın olmaq körpələri sakitləşdirə bilər.

Özünüzə bir sling vasitəsilə yaxınlaşdırsanız körpəniz ürək atışlarınızı eşidəcək və özünü etibarda hiss edə biləcək.

Yalnız gözləyin
…Bəzi vəziyyətlərdə körpələrin ağlama səbəbi ağrıdan, aclıqdan, yorğunluqdan, bezi islandığından ya da yellənmək istədiyindən olmaz….

Hər körpənin ağlamaq üçün öz səbəbi vardır

Buna dözə bildiyiniz müddətcə ağlamasına icazə verməkdən başqa edəcək bir şey olmaya bilər.
 
/Mənbə.Qadınlar.biz/ скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!