Körpələrdə barmaq əmmə və əmzik vərdişi

Körpələrdə barmaq əmmə və əmzik vərdişi
Bir Ana - Bir Bala
10.09.2017 55
Əmmək körpənin xoşuna gələn, onu rahatlaşdıran bir hərəkətdir. Bu səbəblə körpələrə aclıq xarici əmmə motivini yatırmaq üçün əmzik vermək zərərli deyil. Ancaq bəzi nöqtələrə diqqət etmək lazımdır.

Əmziyi yeməklərlə dadlandırmaq səhv!

• İlk 1 ay ana və körpə arasında əmizdirmə əlaqəsinin qurulması üçün gözlənilməli, bu müddətdə əmzik verilməyib körpənin davamlı məməni əmməsi təmin edilməlidir.
• Əmzik bal, bəkməz kimi şirin şeylərə batırılaraq verilməməlidir.
• Əmziyin təmizliyinə diqqət edilməlidir.
• Əmzik, körpənin boyuna  zəncir kimi şeylərlə tutdurulmamalıdır ( Bunlar boyuna dolana bilər).


Buraxın körpəniz barmağını əmsin

Körpələrin barmaq əmməsi normal qəbul edilir. Körpə bu şəkildə özünü etibarda hiss etməkdə və daha asan yuxuya getməkdədir. Ayrıca ultrason sayəsində ana qarınındaykən belə körpələrin barmaq əmdiklərini bilirik.

Çox körpə, 1 yaşdan əvvəl özbaşına bu vərdişdən imtina edər. Bu şəkildə diş və çənə quruluşunda mənfi bir təsir görülməyəcək. Ancaq 4-5 yaşından sonra da barmaq əmməyi davam etdirən körpələr üçün həkim və diş həkiminin tövsiyəsinə ehtiyac olacaq. Çünki bu yaşlardan sonra davam edən barmaq əmmə, dişlər və çənə quruluşunda mənfi təsirlərə səbəb ola bilər.
 
/Mənbə.Qadınlar.biz/ скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!