Körpənizi sakitləşdirmək üçün qızıl təkliflər

Körpənizi sakitləşdirmək üçün qızıl təkliflər
Bir Ana - Bir Bala
10.09.2017 116
Ağlayan bir körpəni sakitləşdirmək üçün sizə bir neçə qızıl təklif edirik.
Nə etsəniz edin körpəniz sakitləşməyə bilər. Sancı ağlamaları əsasən 3
həftədən 3 aya qədər olan müddətdə tez-tez görülən bir vəziyyətdir.
 
 
Körpənizin çətinliyini hiss edin…
Körpəniz aclıqdan ağlayırkən musiqisi onu sakitləşdirməyəcək, ya da
diş ağrısından sancı çəkərkən bezini dəyişdirməniz onun ağrısını
yüngülləşdirməz. Doğru zamanda doğru şeyləri etməyi zamanla hiss
edəcəksiniz.
 
 
Kiçik barmağınızla anlamağa çalışın…
Körpənizin çətinliyini anlamağın ən klassik yollarından biri kiçik
barmağınızı körpənizin ağızına aparıb əmib əmmədiyini yoxlamaq olacaq.
Buradan hərəkətlə aç olduğunu anlaya bilər, ya da yalnız əmərək
sakitləşdiyini müşahidə edə bilərsiniz.
 
 
Aç ola biləcəyini nəzərinizdə saxlayın
Körpəniz aclıqdan ağlaya bilər. Bunu göz qarşısında saxlayaraq ona əmziklə ana südü ya da mama verməyi təcrübə edə bilərsiniz.
 
 
Yelləməyi yoxluyun körpələr hərəkətdən xoşlanarlar
Körpəniz ağlamağa başladığında onu yelləməyi sınayaraq xoşuna gəlib
getmədiyinə baxa bilərsiniz. Bəzi körpələr beşikdə yellənməkdən, bəzisi
qucaqda bəzisi də avtomobil kreslosunda irəli geri yellənməkdən xoşlana
bilər.
 
 
Mahnı oxuyaraq rəqs edin…
Körpənizi çiyinlərinizdən yuxarıya doğru qaldırın və əlləri ilə
boyunuza salmasını təmin edin, irəli geri hərəkətlərlə rəqs edərək mahnı
oxuyun. Körpəniz sakitləşdikcə siz də yavaşlaya bilərsiniz. Sling ya da
kenquru ilə özünüzə bağlayın.… Yaxın olmaq körpələri sakitləşdirə
bilər. Özünüzə bir sling vasitəsi ilə yaxınlaşdırsanız körpəniz ürək
atışlarınızı eşidəcək və özünü etibarda hiss edə biləcək.
 
 
Sadəcə gözləyin
…Bazı vəziyyətlərdə körpələrin ağlama səbəbi ağrıdan, aclıqdan,
yorğunluqdan, bezi islandığından ya da yellənmək istədiyindən olmaz….
 
 
Hər körpənin ağlamaq üçün öz səbəbi vardır
Buna dözə bildiyiniz müddətcə ağlamasına icazə verməkdən başqa edəcək bir şey olmaya bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!