Uşağın kökəlməsini necə önləyərsiniz?

Uşağın kökəlməsini necə önləyərsiniz?
Bir Ana - Bir Bala
10.09.2017 34
Uşaqlarda tıxanarcasına yemə vərdişi 

Çox təəssüf ki, indiki vaxtda artıq çox yeyən uşaqlar daha böyük problem/sualın meydana gətirməyə başladı. Artıq az yeyən uşaqlardan daha çox, çox yeyən uşaqlarla qarşılaşırıq. Uşaqlıq çağı köklüyü də uçqun kimi böyüməyə başladı. 

Kök uşaqlarda yemə davranışını araşdırdığımızda ümumiyyətlə "binge eating" dediyimiz şişirdilmiş, tıxanarcasına yeməyi görürük. Yəni uşaq heç düşünmədən gördüyü hər yeməyi duzlu, turş, şirin ayırt etmədən üst-üstə yeyə bilir. Məsələn bir baxırsınız ballı krep yerkən üzərinə dərhal bir kasa şorba içə bilir, onun üzərinə də bir baxırsınız bir paket cips yeyə bilir. Uşaq doysa belə bunu fərq etmədən davamlı yeməyə davam edir. 

Uşaqlarının sağlam qidalanması üçün ana - atalar nə etməli?

Uşaq əlavə qidaya başladığı andan etibarən ilk başda naharlara diqqət etmək lazımdır. Uşağın hər an ağızına bir şey tıkmaya çalışmaq son dərəcə səhv. Uşağa 3 ana 2 də ara nahar şəkildə planlı yedirmək çox əhəmiyyətli.
Uşağa çox müxtəlif eyni qrup yeməkləri, eyni payda üst-üstə yedirməyin. Məsələn şorba, kartof, plov, çörək, şirin kimi.
Ümumiyyətlə bir növ ana yemək, salat, bir dilim çörək və ya iki yemək qaşığı plov ya da makaron qoyaraq naharını nizamlayın. Məsələn qızartma ev küftəsi, bir dilim çörək, bir kasa qatıq və salat hazırlaya bilərsiniz. Ya da 4-5 yemək qaşığı qıymalı tərəvəz yeməyi, iki yemək qaşığı makaron və bir kasa qatıq kafi olar.
Uşağın kökəlməsini necə önləyərsiniz?
 
Uşağa yeməyi bir ehtiyac olduğu üçün yeməyi öyrətmək lazımdır. Yeməyi bir zövq, bir hobbiymiş kimi əks etdirməmək lazım. Siz də acdığınızda yeyərək uşağınıza bu mövzuda nümunə olun.
Uşağınızla alış - verişə gedərkən əvvəldən bazarlıq edin. Alış - verişdə  yemək xaric sevdiyi bir oyuncaq, bir kitab və ya jurnal ala biləcəyi mövzusunda söz verin.
Uşağınızın yemə şəklini tam da yediyi sırada hirs ilə tənqid etməyin. Mümkünsə yeyə biləcəyi yeməklərdən onu uzaq tutun və normal zamanlarda necə yemək yenililəcəyi ilə əlaqədar söhbət edin.
Uşağı "finger-foods" dediyimiz əllə yenilən yeməklərdən uzaq tutun. Daha çox çəngəl-bıçaq istifadə etməsi mövzusunda onu öyrədin. Çəngəl-bıçaqla yeyilən yeməkləri seçməsini təmin edin.
Hər aclığın əslində aclıq olmaya biləcəyini izah edin. Bir şeylər yemək istədiyində əvvəl su içməyi  tövsiyə edin.
Xüsusilə yemək əsnasında bir stəkan su içməsinə diqqət edin. Yeməklə birlikdə su içmək uşağın doygunluk hissinin daha tez meydana gəlməsini təmin edər.
Axşam yeməyindən sonra uşağınıza bir şey yedirməyin. Yatmağa gedərkən ən az 3 saat bir şey yemədiyindən əmin olun. Bir şeylər yeyib birbaşa yuxuya getmək, həm böyümə hormon ifrazatını azaldar həm də yeyilən yemək yandırılmayacağı üçün kökəlməyə səbəb olar.
 
/Mənbə.Qadınlar.biz/ скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!