Xüsusi qaralama dəftərim

Xüsusi qaralama dəftərim
Bir Ana - Bir Bala
10.09.2017 29
Keçmiş bir hadisəyə nəzər saldığınızda ya da bir xatirəni ağlınızda
canlandırdığınızda nə hiss edirsiniz? Bu "Aydaa, bunu həqiqətən mən mi
eləmişəm?” ya da "çox əyləncəliydi, kaşki hələ orada olsaydıq” tipli
hisslər keçirirsiniz. Keçmiş təcrübələr, uşaqlara şəxsi tarixcəni və
özünü tanıma imkanı verir. Keçmişə baxmaq, uşaqların keçmiş
təcrübələrinin sayəsində bu gün kim olduqlarını, hansı formada baş
vermiş təsirləri görmələrinə kömək edir. Bunun üçün:



Böyük, boş dəftər götürün və qaralama dəftərinizi bu gündən qaralamağa
başlayın. Uşağınızı getdiyiniz film biletlərini, xüsusi ev
tapşırıqlarını, xüsusi günlərinə aid şəkillərini toplamağa təşviq edə
bilərsiniz. Qaralama dəftərində bu cür qeydlər qoyulduğunda altına bir
neçə cümlə yaza biləcəyini söyləyə bilərsiniz. Kimlə kinoya getdiyini, o
gün xoşuna gedən bir şeyi və s. Hər ay bir gün toplanıb, içinizdən
birinin qaralama dəftərini müzakirə etmək çox maraqlı və əyləncəlidir.



Bu terapevtik çalışma 6-12 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!