Pozitiv düşüncə toxumları əkmək

Pozitiv düşüncə toxumları əkmək
Bir Ana - Bir Bala
10.09.2017 7
Pomidor yetişdirmək istəsəniz gedib kök toxumu əkməzsiniz. Əgər inkişaf
etmiş bir özgüvənə sahib olmaq istəyirsinizsə neqativ düşüncə toxumları
əkməzsiniz. Başımıza əkdiyimiz toxumlar, sahib olduğumuz düşüncələrdir,
pozitiv ya da neqativ "daxili səsimiz”dir. Bizə mənfi yöndə təsir edən,
geriyə aparan sözləri hansı aralıqla istifadə edirsiniz? "Riyaziyyatdan
çox zəifəm”, "bu adamın məndən zəhləsi gedir”, "Doğru elədiyim heç bir
şey yoxdu”. Bütün bu fikirlər, sabah sahibi olacağınız "mən”inizi əmələ
gətirən toxumlardır. Uşağınızın daxili səsindən istifadə etməsinə
köməklik edin. Balaca kağızlar alın və hər bir kağız parçasına bir
pozitiv daxili səs toxumu yazın. Sonra hamı yazdığı kağızı qatlasın və
çölə çıxıb torpağa basdırsın. Basdırdığınız kağız parçalarının üzərinə
həqiqi toxum və ya gözəl bir bitki fidanı əkin. Bunlar böyüyəcək və sizə
gerçəkləşməsini istədiyiniz düşüncələrinizi xatırladacaqlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!