Uşaqlar arasında qısqanclıq

Uşaqlar arasında qısqanclıq
Bir Ana - Bir Bala
10.09.2017 25
Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur.Qısqanclıq
gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir
cavabdır. Uşaqlıqda bu hislər artıq 2 yaşından etibarən baş qaldırır.



Uşaq, hər kəsin özündən daha yaxşı olduğunu və özünün hər kəsdən daha az
sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman
bu hislər daha da gərginləşir.Ailəyə yeni bir qardaş və ya bacının
gəlməsi, bir uşaq üçün qəbul etməsi həqiqətən çox çətin olan bir
vəziyyətdir. Uşağın yeni qardaş və ya bacısını qəbul edə bilməsi uşağın
yaşı, ailənin uşaqla münasibəti və uşağın şəxsiyyətinin inkişafı və s.bu
kimi bir çox faktorlardan asılıdır. Qardaş-bacı qısqanclığını tamamilə
qarşısı alına bilməz.Çünki bu qisaqnclıq bir uşağın psixi inkişafı üçün
önəmlidir. Buna görədə də bu qısqanclığı uşağın saglam inkişafı üçün
sağlam rəqabətə çevirə bilərsiniz



Əğər uşağınız yeni doğulmuş körpəyə müraciyətlə "kaş ki hec olmasaydın”,
"sənə nifrət edirəm” və s. bu kimi ifadələr işlədirsə deməli artıq
qısqanclıq baş qaldırıbdır. Bir çox hallarda uşaqlarda qısqanclıq
reqresiya(geriyə dönüş) ilə müşahidə olunur, yəni uşaqlar körpə kimi
sosqa əmmək,yatağını islatmaq, tək başına yemək yeməmək və s.kimi
davranışlar göstərirlər. Bəzi hallarda isə uşaqlar sevilmədiyini hiss
edərək özlərinə qapanarlar. Heç kəslə ünsiyyətə girməzlər.Tez-tez
müşahidə olunan davranış isə böyük uşaqların özlərindən kiçiklərə fiziki
ziyan verməsidir(cimdikləmə,vurma, yerə atma və s).Uşağınızda bu cürə
halları müşahidə edirsinizsə deməli artıq uşaqlar arasında qısqanclıq
başlayıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!