Uşaqlarınız arasında qardaş-bacı qısqanclığı

Uşaqlarınız arasında qardaş-bacı qısqanclığı
Bir Ana - Bir Bala
10.09.2017 45
Uşaqlarınız arasında qardaş-bacı qısqanclığı varsa nə etməlisiniz?



Əvvəlcə bunu unutmayın ki, əgər uşağınızda qısqanclıq müşahidə
edirsinizsə onu buna görə cəzalandırmayın, duyğularının haqlı və normal
bir duyğu olduğunu qəbul etməlisiniz. Uşaqdan böyük olmasını tələb
etməyin. Ondan ən qiymətli oyuncaqlarını, ən sevdiyi ailə fərdlərini,
otağını paylaşmasını gözləməyin. Çünki bunu tələb edirsinizsə uşağınıza
əvvəlkindən daha çox diqqət və sevgi göstərməlisiniz. Amma artıq ailəyə
ikinci uşaq gəlib və onun da diqqət,qayğı və sevgiyə ehtiyacı vardır. Bu
vəziyyətdə böyük uşağa əvvəlkindən daha cox vaxt ayırmaq çox çətin
olur.Uşaq artıq qarşılığında daha yorğun, onun nazı ilə daha az oynayan
bir ana, daha az diqqər ayıran bir ata görür. .Eyni şərtlər bizə də
təqdim olunsaydı , biz də bu dəyişikliklərdən narazı olardıq. Bunun
səbəbkarını yeni ailəyə gələn uşaqda görürlər . Bu zaman onunla çox
ünsiyyət qurun və onun halını anladığınızı göstərin:"Başa düşürəm
səninlə daha az oyun oynayıram və bu sənə pis təsir edir.","Balaca
qardasın (bacın) qədər çox ağlayır deyilmi, istədiyin kimi səninlə oyun
da oynamır. Amma bir az səbirli olsan qardaşının (bacının) böyüdüyünü
görəcəksən və o səninlə oynaya biləcək"



Uşağınızın körpəni rəqib görməməsi üçün bəzən analar "sən böyüksən”, "o
balacadı” və s bu kimi ifadələr işlədirlər. Amma bunu sözlə deməklə
uşağı özündən kiçik bacı və ya qardaşının başa düşəcəyini gözləməyin.
Bunun əvəzinə onun böyük olduğunu əməldə göstərməsinə kömək edin.
Balacanın altını təmizləməsində, onu yedizdirməsində və s bu kimi
hərəkətləri etməklə uşağınız balacanın ondan asılı olduğunu görəcək və
bu qısqanclıq duyğusu azalacaqdır.



Arada böyük uşağınızla təkbətək zamanda bir az gəzintiyə çıxın. Onun
köpəli oyuncaqlarına,geyimlərinə birlikdə baxın, onunla necə
oynadığınızı danışın.



Unutmayın ki qardaş-bacı qısqanclığı hər uşağın yaşayacağı normal bir
duyğudur. Əsası odur ki, siz öz uşağınızı anlamalı və ona bu hislərini
düzgün istiqamətlənməsi üçün kömək etməlisiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!