Uşaqlar üçün əlavə qidalar

Uşaqlar üçün əlavə qidalar
Bir Ana - Bir Bala
10.09.2017 58
Meyvələr



Alma:
Alma yuyulur, qaynar sudan keçirilir, soyulur. Rəndədə və ya
maşında püre halına gətirilir.İki qat tənzifdən suyu sıxılır. Su və ya
püre olaraq yedirdilir.

Şaftalı:


Şaftalı yuyulur, qaynar sudan keçirilir, qabığı soyulur, dilimlərə
bölünür, çəngəllə və ya maşında püre şəklinə gətirilir. Tənzifdən suyu
sıxılar. Su və ya püre olaraq yedirilir.



Portağal:


Suyu sıxılaraq verilir.



Banan:

Çəngəllə və ya maşında püre şəklinə gətirilir. Portağal və ya alma suyu ilə bir az sulandırıla bil’r.



Tərəvəzlər

Qarışıq tərəvəz yeməyi: Başlanğıcda sulu halda verilməlidir bir müddət sonra isə püre halında varilə bilər.



1.Həftə:

3 stəkan su, 2 orta böyüklükdə  kök, 1 orta böyüklükdə kartof, 45-50 dəqiqə ağzı bağlı qabda bişirilir.

Tel süzgəcdən keçirilərək heç əzmədən tərəvəzlərin suyu bir qaba alınır.



2.Həftə:

Yuxarıdakı kimi bişirilir. Tel süzgəcdən və ya maşından kök və kartoflar əzilərək püre halına gətirilərək keçirilir.



3.Həftə:

3 stəkan  su, 2 orta boy kök, 1 orta boy kartofa əlavə olaraq 1 çay
qaşığı düyü hər gün bir yenisi əlavə edilmək üzrə mövsümlük tərəvəzlər
(məsələn; ilk gün 3-4 yarpaq cəfəri, ertəsi gün cəfəri + bir neçə yarpaq
ispanaq, ertəsi gün bunlara əlavə olaraq 1/4 kərəviz, ertəsi gün təzə
balqabaq və s) əlavə olunar. Tel süzgəcdən və ya maşından keçirilərək 
püre hazırlanır.



Yumurta və Ətlər

 
YumurtaYumurta qatı olana qədər qaynadılır. Sarısından ilk gün 1/2 kiçik qəhvə qaşığı olaraq başlanır.

Hər dəfə az miqdar artırılaraq 8-10 gün sonunda sarısının hamısı
verilir. Başlanğıcda tərəvəz yeməyindən əvvəl, daha sonra səhər
yeməyində verilir.



Qaraciyər püresi

Dana qaraciyəri yuyulur. Üzərindəki pərdəsi çıxarıldıqdan sonra qaynadılaraq bişirilir.

Rəndələnərək və ya maşında püre halına gətirilir.

Tərəvəz püresine qarışdırılaraq verilir. İlk 5 gündə 1 çay qaşığı (5gr) başlanaraq 5 çay qaşığına çıxarılır.



Küftə

Yağsız, sinirsiz dana və ya mal qiyməsindən, çox az çörək  əlavəsiylə hazırlanır.

Yağsız tavada və ya qızartma bişirilir. İçinin də yaxşıca bişməsinə diqqət edilir və tərəvəz püresi ilə birlikdə verilir.



Balıq, toyuq


7 aylıqdan sonra qaynadılmış və ya qızartma bişirilmiş ağ ətli balıqlar verilə bilər.

Toyuq əti maşından keçirilərək hazırlanır. Qılcıqlı balıqların yaxşı ayırd edilməsi lazımdır.

Allergiya cəhətdən diqqətli olmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!