Uşaqların kökəlməməsi üçün sağlam üsullar

Uşaqların kökəlməməsi üçün sağlam üsullar
Bir Ana - Bir Bala
10.09.2017 15
1. Səhər yeməyi yemə vərdişi mütləq qazanılmalıdır.

2. Gün ərzində 3 saatdan uzun ac qalmamalıdır.

3. Yemək əvvəli şəkərli qida və tez bazar qida istifadə etməməlidirlər.

4. Meyvə şirəsi yerinə meyvənin özünü yeməyinə üstünlük verilməlidir.

5. Qazlı və şəkərli içkilərdən qaçınmalıdır.

6. Eyni zamanda 1boşqab ölçüsündə şorba, plov, makarondan yalnız birini seçməlidir.



Şüurlu qidalanma seçimi

1. Kremlə və qaymaq yerinə təzə süddən edilmiş dondurma və şirniyyat

2. Qızardılmış toyuq parçaları yerinə sobada bişmiş toyuq

3. Qızartma balıq yerinə sobada və ya buğda bişmiş balıq

4. Yağda bişmiş yumurta yerinə teflon tavada yağsız bişmiş omlet

5. Kartof qızartması yerinə sobada kartof

6. Cips yerinə yağsız partlamış qarğıdalı

7. Çöldən alınan keks yerinə ev keks

8. Hazır meyvə suları yerinə təzə sıxılmış meyvə suları

9. Hazır kakao kremlərı yerinə bəkməz və ya bal



Unutmayın! Uşağınızın Rol-modeli sizsiniz!

Uşağınız öyrənmə pilləsində sizi rol model olaraq görər və qidalanma
vərdişlərini qazanarkən də sizin vərdişlərinizi təqlid edər və davranış
halına gətirər. Yəni sizin qidalanma vərdişlərini nədirsə, uşağınızdan
da paralel davranışları görərsiniz. Bu səbəblə, sağlam bəslənmə
vərdişləri olan bir uşaq yetişdirmək istəyirsinizsə, əvvəlcə öz
qidalanma vərdişlərinizi düzəltməniz lazımdır.



Uşağın sağlam bəslənmə vərdişi qazanması üçün evdə süfrə nizamının
olması çox əhəmiyyətlidir. Yemək saatları müəyyən olmalı və ən azından
1yemək ailecə yeyilməlidir. Ayaqüstü yemək yerinə süfrədə həmişə
birlikdə olunmalıdır. Süfrədə ikən qəzet / jurnal oxumaq və ya TV
izləmək kimi davranışlar valideynlər tərəfindən edilməməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!