Əkiz psixologiyası: fərd olaraq əkizlər

Əkiz psixologiyası: fərd olaraq əkizlər
Ana bətnindən etibarən əkizlərin fərqli fərdlər olduqları , göstərdikləri fərqli reaksiyalardan müəyyən olunur. Biri daha hərəkətliykən digəri daha sakit ola bilər. Tək yumurta əkizləri genetik xüsusiyyətlər səbəbiylə bir-birlərinə çox bənzərlər amma bu fərdi xüsusiyyətlərinin də bir-birinə bənzəyəcəyi mənasını verməz ,hətta tam tərsinə bəzən əkizlər iki zidd qütb kimidirlər. Genetik xüsusiyyətlər qədər ekoloji faktorlar da onların şəxsiyyətlərinin fərdiləşməsinə böyük təsir göstərir.



Ana- ata olaraq əkizləri bir bütün şəklində görmək , onlara bir bütünü meydana gətirən parçalar kimi davranmaq fərd olaraq formalaşmalarına , öz şəxsiyyətlərini inkişaf etdirmələri mənfi təsir göstərir.



Eyni paltarları geyinmələri , saç modellərinin eyni olması digər insanların onları ayırd etməsini , adlarını doğru şəkildə öyrənmələrini çətinləşdirəcək. Bizi biz edən , digərlərindən ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən birinin adımız olduğu düşünülsə, əkizlərin şəxsiyyətlərinin formalaşmasında adlarının düzgün deyilməsinin rolunun böyük olduğunu görərik.



Birlikdə çox vaxt keçirmək , bir bütünün iki yarısı , bir-birinin yerinə keçəbilərlərmiş kimi davranmaq əkizlərin fərdiləşməsini çətinləşdirən faktorlardan ola bilər.скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
QADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!