Uşaqlarla oyun oynamağın əhəmiyyəti

Uşaqlarla oyun oynamağın əhəmiyyəti
Bir Ana - Bir Bala
10.09.2017 42
Təhsil sisteminin ağırlığı səbəbi yilə indiki vaxtda uşaqların oyunu unutduğu, tamamilə dərslərə, imtahanlara və ev tapşırıqlarına əyildiyi əhəmiyyətli bir gerçəkdir. Məktəbdə məhdud olan oyun oynama zamanı, evdə də işləyən ana-ataların sıx həyat tərzi səbəbi ilə ümumiyyətlə maneə törədilməkdədir.
Ana-atalar da uşağın akademik müvəffəqiyyətinə bir xeyli sıxlaşaraq oyunun gücünü və əhəmiyyətini unutmuş vəziyyətdədir. Hətta bəzi valideynlər mağazaların oyuncaq hissəsindən keçərkən uşaqlarına "sən oyun oynayacaq yaşda deyilsən" kimi xəbərdarlıqlarla oyunu unutdurmağa çalışmaqdadır.
Maraqlanılacaq idman fəaliyyəti ümumiyyətlə bir yetkin tərəfindən nəzarət edildiyi üçün uşaq öz qərarlarını vermə və öz davranışının məsuliyyətini almaq kimi fürsətlərdən məhrum qalmış olmaqdadır. Buna qarşı, uşaq öz oyununu oynayarkən özü qaydalar qoymaqda, komanda qurmaqda və öz davranışının məsuliyyətini almaqdadır.
Edilən araşdırmalarda  atası ilə  oyun oynayan uşaqların, atası oyun oynamayan uşaqlara nisbətdə daha geniş bir təxəyyülə sahib olduğu göstərilməkdədir.
Anası ilə oyun oynayan uşaqların, uşağıyla oyun oynamağa zaman ayıra bilməyən anaların uşaqlarına görə anasıyla daha etibarlı bir münasibət  qurduğu və daha müsbət inkişaf göstərdiyi təsbit edilmişdir. Ailəsiylə birlikdə oyun oynayan daha böyük uşaqların, ailəsi oyun oynamayanlara nisbətlə məktəblə daha müsbət bir münasibət qurduğu, ruhi olaraq daha sağlam olduğu, dostları ilə əlaqələrinin daha güclü olduğu və ailəvi yaxınlıqdan daha çox zövq aldıqları görülməkdədir.
Valideynlər uşaqlarına sərbəst, qurulmamış, yaradıcılıqlarını əks etdirə biləcəkləri kafi oyun zamanları təmin etməlidir. Bu sərbəst zamana ailələr də də qatılaraq uşaqları ilə oyun oynamalıdır.
Fiziki fəaliyyətdən, yaradıcılıqdan məhrum kompüter və televiziya yerinə, uşaqların aktiv oyunlar oynaması təmin edilməlidir. Uşağın kompüter və televiziyaya məruz qalma zamanını məhdudlaşdıraraq ona köməkçi oluna bilər. Yaşına uyğun, onların təxəyyülü və yaradıcılığını dəstəkləyən  oyuncaqlar alınmalıdır. Məktəbdə aktiv bir rol alaraq uşağın kafi sərbəst oyun zamanı aldığına əmin oluna bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!