Hamiləlik və kompyuter

Hamiləlik və kompyuter
Bir Ana - Bir Bala
10.09.2017 17
21 ci əsrdə informasiya texnologiyalarının inkişaf etdiyi bir
vaxtda demək olar ki, bütün idarələrdə kompüter var və az qala bütün
işlər kompüter arxasında icra olunur. Hamilə qadınların da kompüter
dalında işləməsi adi hala çevrilib. Ancaq hamilə qadının kompüterdə
işləməsi çoxlarını narahat edir. Kompüterin hamiləyə, daha doğrusu dölə
zərərli olub-olmadığını sübut edən dəlil yoxdur. Təhlükədən qorunmaq
üçün bəzi qaydalara əməl etmək lazımdır.

Kompüter arxasında
oturuşunuza diqqət edin. Oturacağınızı özünüzə uyğunlaşdırın. Arxanızı
oturacağa söykəməlisiniz. Qarnınız böyüdükcə oturacağın arxasını geri
çəkə bilərsiniz. Hər 15-20 dəqiqədən bir durub, gəzməlisiniz.

Ayaqlarınızın
altında dayaq olsa, yaxşıdır. (Ofis ləvazimatları satılan dükanlarda
belə dayaq tapmaq olar). Ayaqlarınızı üst-üstə qoymayın. Bu, qan
dövranına mane olur. İmkan olan kimi, ayaqlarınızı yuxarı qaldırın.
Noutbukunuz varsa, ayaqlarınızı uzadıb, noutbuku ayaqlarınızın üstünə
qoyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!