Uşaqlarda trombositopatiyalar

Uşaqlarda trombositopatiyalar
Bir Ana - Bir Bala / Xəstəliklər və müalicəsi
06.12.2017 16
Yayılmış irsi qan xəstəliklərindən biri də trombositopatiyalardır (trombositlər - qanın laxtalanması üçün cavabdeh olan qan hüceyrələridir).

Trombositopatiyalar burun qanaxmaları, bədəndə göyərmələrin əmələ gəlməsinə meyllilik ilə, qızlarda uzun sürən və daha çox qan itirilməsi ilə keçən aybaşı ilə xarakterizə olunur. Əksər trombositopatiyalar yüngül şəkildə keçdiyi üçün bir çox hallarda valideynlər onların uşaqlarının qan sistemində pozğunluq olmasından şübhələnməyə də bilərlər.

Belə uşaqlarda qanın müayinəsi normal olur və yalnız xüsusi mürəkkəb müayinələr aparılması nəticəsində trombositlərin patologiyasını müəyyən etmək olur. Trombositopatiyaların yüngül formaları üçün heç bir xüsusi müalicə tələb olunmur.

Az-az hallarda uşaqlarda trombositopatiyaların həyat üçün təhlükəli olan qanaxmalarla keçən ağır formalarına da rast gəlinir. Bu hallarda qan köçürülməsi, bəzən isə hətta cərrahi müdaxilə də tələb oluna bilər.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!