Gözlərin bəzi iltihab xəstəlikləri

Gözlərin bəzi iltihab xəstəlikləri
Bir Ana - Bir Bala / Xəstəliklər və müalicəsi
06.12.2017 11
Uşağın göz qapaqları dərisinin qızarması - dermatit - qida və ya dərman allergiyası, həmçinin buraya mikrob düşməsi nəticəsində baş verə bilər.

Göz qapaqları kənarlarının qızarması, qaşınması, onların qalınlaşması, qabıq verməsi, kirpiklərin tökülməsi ilə müşayiət edilərsə, bu, blefarit xəstəliyidir.

Onun səbəbi isə göz qapaqları kənarlarında yerləşən vəzilərin iltihablaşmasıdır. Ümumi xəstəliklər, hipovitaminozlar, kariyesli dişlərin və qurd xəstəliklərinin olması, həmçinin sanitar vəziyyətin pis olması və s. nəticəsində bu vəzilərdə iltihablaşma prosesi başlaya bilər. Blefaritin müalicəsi uzun müddət ərzində aparılır və çətin müalicə edilən xəstəliklərdən hesab edilir.

Gözün bir neçə piy vəzisi iltihablaşdığı halda göz qapaqlarında itdirsəyi əmələ gəlir. O ya özü-özünə açılmaqla tam şəkildə sorula bilər, ya da qığırdaq daxilində kiçik dairə şəkilli xroniki zəif iltihab prosesinə çevrilə bilər. İtdirsəyinin müalicəsi iltihab sahənin quru isti ilə qızdırılması (“qrelka”, UYT-fizioterapevtik müalicə üsulu), gözə xüsusi iltihab əleyhinə olan dərmanların damızdırılması və s. tədbirlərdən ibarət olur. Onu sıxmaq, üzərinə sarğı və kompreslər qoymaq olmaz!

Bəzi hallarda itdirsəyi böyuyərək bütün göz qapağını da zədələyə bilər. Bu zaman göz qapağı şişir və qızarır. Bu, göz qapağının absesi olub ciddi xəstəlik hesab edilərək təcili olaraq həkim müdaxiləsi tələb edir.

Konyuktivit - gözün selikli qişasının iltihabi xəstəliyidir. Xəstəlik zamanı gözün selikli qişası qızarması, gözdən yaş axması, işıqdanqorxma, gözdən selikli-irinli ifrazatın axması, göz qapaqları kənarlarının şişməsi, kirpiklərin bir-birinə yapışması kimi əlamətlər qeyd edilir. Xəstəliyin daha çox təsadüf edilən səbəblərindən biri tənəffüs yollarının iltihab xəstəlikləridir (buradan infeksiya asanlıqla gözün selikli qişasına da keçə bilir). Konyuktivitin müalicəsi əsasən gözün antiseptik preparatlarla yuyulması və gözə xüsusi dərmanlar damızdırılmasından ibarətdir.

Konyuktivit keçici xəstəlik olub, ümumu məişət əşyaları, dəsmal, yataq dəsti və digər yollarla başqa insanlara da keçə bilər. Adətən, konyuktivit bir həftə ərzində tam şəkildə müalicə olunur.

Gözlərdə daha çox təsadüf edilən xəstəliklərdən biri də buynuz qişasının iltihabı olan keratitdir. Bu xəstəliyin əsas əlaməti gözün buynuz qişasının bulanmasıdır. Keratit, adətən, konyuktivit, allergiya, travmalar və digər xəstəliklərdən sonra baş verir. Bu çox təhlükəli xəstəlik hesab edilərək xüsusi diqqət və dəqiqlilə aparılan müalicə tələb edir.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!