Uşaqlarda kəskin leykoz

Uşaqlarda kəskin leykoz
Bir Ana - Bir Bala / Xəstəliklər və müalicəsi
07.12.2017 41
Bu, onkoloji xəstəlik olub qan sisteminin əsas orqanı olan sümük iliyinin zədələnməsi ilə xarakterizə olunur. Sümük iliyinin gənc hüceyrələri naməlum səbəblər üzündən sona qədər inkişaf etməyərək

sümük iliyində toplanır, qan axını ilə bütün orqanizm boyu müxtəlif orqanlara yayılaraq onların böyüməsinə səbəb olur.

Sümük iliyində isə bu natamam inkişaf etmiş hüceyrələr sağlam hüceyrələri sıxışdıraraq onları əvəz edirlər. İnkişaf etməmiş hüceyrələr qanyaratma funksiyasını tam şəkildə yerinə yetirə bilmədikləri üçün qan dövranına öz funksiyasını tam şəkildə yerinə yetirə bilməyən, inkişaf etməmiş eritrositlər, leykositlər, trombositlər daxil olurlar.

Leykoz yoluxucu və irsi xəstəlik deyil. Leykoz ilə xəstələnmiş valideynlərdən tam sağlam uşaqlar doğula bilər. Əksinə olaraq, tam sağlam olan valideynlərin övladlarında leykoz xəstəliyi inkişaf edə bilər.

Leykoz ilə əsasən məktəbəqədər yaş qrupundan olan uşaqlar xəstələnirlər. Az hallarda 1 yaşadək olan və 10 yaşından artıq olan uşaqlarda da bu xəstəliyə təsadüf edilir.

Leykoz tədricən inkişaf edir. Xəstəliyin başlanğıcından onun ilk əlamətlərinin meydana çıxmasına qədər 1,5-2 aydan az vaxt keçmir.

Diqqətli valideynlər bu zaman öz uşaqlarının davranışında müəyyən dəyişikliklərə diqqət yetirə bilərlər. O tez yorulur, yeməkdən imtina edir, pis oxuyur, oyunlara olan marağını itirir, daha tez-tez soyuqdəymə və infeksion xəstəliklərə yoluxur. Sonra uşağın ayaqlarında və onurğa sütununda ağrı meydana çıxır, onun dərisi avazıyır, bədənində göyərmiş sahələr qeyd edilir, qaraciyər, dalaq və limfa düyünləri böyümüş olur. Qanda hemoqlobin, eritrositlər, trombositlər azalır, EÇS (eritrositlərin çökmə sürəti) kəskin şəkildə artır. Qanda tam yetkin olmayan hüceyrələr (blastlar) aşkar edilir ki, onlar kəskin leykozun mütləq əlamətlərindən hesab olunur. Sağlam adamın qanında normal halda belə hüceyrələrə təsadüf edilmir. Bu halda diaqnozu dəqiqləşdirmək üçün sümük iliyinin punksiyasını etmək tələb olunur.

Halhazırda uşaqlarda leykoz xəstəliyi xüsusi dərman preparatları vasitəsi ilə müvəffəqiyyətlə müalicə olunur. Kurs müalicəsi uzunmüddətli olub həm valideynlərdən və həm də uşaqdan böyük diqqət və təmkin tələb edir.

Dərmanla müalicə effektsiz olduğu halda sümük iliyi köçürülməsi əməliyyatına əl atırlar. Sümük iliyi köçürülməsi üçün donor (xəstə ilə bir çox parametrlərinə görə uyğun gələn sağlam şəxs) tələb olunur.

Bu əməliyyat donorun sağlamlığı üçün təhlükəsizdir. Xəstəyə uyğun gələn donoru, adətən, doğma qardaş və bacılar arasında axtarırlar. Müasir azuşaqlı ailələrdə (ailədə bir ya iki uşaq olur) donor tapmaq o qədər də asan olmur. Təəssüf olsun ki, sümük iliyi köçürülməsi üçün valideynlər çox təsadüfi hallarda öz uşaqları ilə tam uyğunluq təşkil edirlər. Donor axtarılması üçün ümumdünya məlumat bankı mövcuddur.

Sümük iliyinin köçürülməsi əməliyyatı bir çox xəstələrin həyatını xilas etməyə imkan yaratmışdır. Sümük iliyinin köçürülməsi yalnız leykoz xəstəliyinin müalicəsində deyil, hipoplastik anemiyalar, müxtəlif növ immun çatışmazlıqları, talassemiya və digər xəstəliklərdə də istifadə edilir. Bu əməliyyat hər bir halda yalnız medikamentoz müalicə effektsiz olduqda tətbiq edilir.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!