USAQLARIMIZIN YASINA UYGUN KITAB VE OYUNCAQLAR

USAQLARIMIZIN YASINA UYGUN KITAB VE OYUNCAQLAR
Bir Ana - Bir Bala
10.09.2017 77
Ümumiyyətlə, valideynlər uşağının yaşına uyğun kitab və oyuncaq seçərkən çətinlik çəkirlər. Buna görə də sizə kömək üçün oyuncaq və kitab seçmə meyarlarını təqdim edirəm.
Kitab seçərkən

Uşaqlar üçün kitab seçərkən onun inkişafına uyğun olanları seçməlisiniz. Kitabın dili, şəkilləri, böyüklüyü, yazılış şəkli, məzmunu, qorxuducu elementlərin olub-olmadığına diqqət yetirilməlidir. Əgər mümkünsə, öz yaş qrupuna aid olan kitablardan özünün seçməsini istəyin. Xüsusilə mövzuları ictimai məzmunlu olan, təlimçi və maraqlı kitablar seçmənizdə fayda vardır.

Yaşlara görə kitab seçimi

0-2 yaş


Parlaq səhifəli

Qalın səhifəli

Rəngləri canlı

İri şəkilli

Səsli kitablar


3-5 yaş


Bol şəkilli, az sözlü kitablar

Heyvan, oyuncaq, nəqliyyat vasitəsi kimi tanış obyektlərin şəkilləri

Nağıl kitabları

Qısa hekayələr


6-8 yaş


Əvvəlki yaşa görə bir az daha uzun hekayələr

İçində 3-4 xarakterin olduğu səsləndirilmiş hekayələr

Xəbər  verən hekayələr

İzlədiyi cizgi filmlərindən uyğunlaşdırılmış hekayələr

Peşələrlə əlaqədar kitablar

Təbiət və heyvanları izah edən kitablar

Şəkilləri qarışıq və detallı olan kitablar


9-12 yaş


Zövqünə uyğun kitablar

Maraq oyandıran elmi kitablar

Klassiklər


 Oyuncaq seçərkənOyuncaq seçimində ilk olaraq yaşına uyğun, inkişafını dəstəkləyən ünsürlərə diqqət yetirilməlidir. Oyuncağın şəkli, rəngi,  səsi, emal edildiyi maddəsi, keyfiyyəti diqqət yetirilməsi lazım olan digər xüsusiyyətlərdir. Oyuncaqlar yaxşı mühafizə edilməlidir. Tez-tez təmizlənməli, batareyalı oyuncaqlarda batareyanın xarab olub-olmadığına nəzarət edilməlidir.  Yaşa görə təklif etdiyimiz oyuncaqlar:
0-3 yaş


Səs çıxaran oyuncaqlar və zınqırovlar

Rəngli halqalar

Yumşaq oyuncaqlar (ayı, it kimi..)

Dişlik

İç-içə keçməli plastik qutular

Tullanan oyuncaqlar


3-6 yaş


Kəşf etməyə istiqamətli oyuncaqlar

Mətbəx oyuncaqları

Həkim-müayinə oyuncaqları

Domino

Naxış düzəltmək üçün plastik mismarlar 

Tarazlıq oyuncaqları

Çox istiqamətli oyuncaq mebellər

Taxta nəqliyyat vasitələri

Şəkil ştativi

Kukla teatrı

Təkərli oyuncaqlar

Atlama ipi

Musiqi ritm alətləri

Nizamlı oyunlar

Oyun xəmiri

Ayna

Qayçılar

Yazı taxtası

Bağça oyuncaqları


6-8 yaş


Tarazlıq konkiləri

Toplar

Maketlər  

Boya növləri 

Nizamlı oyunlar

Dama

Yumşaq oyuncaqlar


9-12 yaş


Kompüter oyunları

Nizamlı oyunlar

Maketlər

Mühakiməyə söykənən oyunlar

İdman fəaliyyətləri (voleybol, tennis, üzgüçülük kimi)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!