Valideynlər, diqqət: yanlış eynək uşaqlarda çəplik yaradır

Valideynlər, diqqət: yanlış eynək uşaqlarda çəplik yaradır
Bir Ana - Bir Bala
10.09.2017 14
Uşaqlarda göz sağlamlığının inkişafı baxımından müntəzəm olaraq göz müayinələri aparılmalıdır. Xüsusən də eynək taxan uşaqların göz sağlamlığı daha ciddiyə alınmalıdır.

 

Şüşənin nömrəsi artdıqca risk də artır

 

Yanlış eynək şüşələri göz zəifliyini daha da artırır və çəplik kimi qalıcı problemlərə yol açır. Gözün görmə mərkəzi ilə optik şüşənin görmə mərkəzinin eyni istiqamətdə olmasının vacibliyinə diqqət çəkən mütəxəssislər deyirlər ki, bu mərkəzlərin bir neçə millimetr o tərəfə sürüşməsi və eyni istiqamətdə olmaması "prizmatik təsir” adlanan  mənfi halla nəticələnir. Bu da yetkinlərdə görmədə qüsur, baş ağrısı və baş gicəllənməsinə səbəb olur. Əsl təhlükə isə uşaqlar üçündü. Göz inkişafı tamamlanmamış, 9 yaşdan aşağı uşaqlarda yanlış eynək ucbatından çəplik yarana bilər. Şüşənin nömrəsi artdıqca risk də artır. Valideynlər uşaqlarının daha yaxşı görməsini istəyərkən tamam başqa problemlərlə qarşılaşmış olurlar.

 

Eynək aldıqdan sonra həkim tərəfindən yoxlanılmalıdır

 

Xəstə eynəyi aldıqdan sonra yenidən həkimin yoxlanışına getməlidir. Əks təqdirdə o qədər əziyyət boşuna getmiş olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!