Ana südünün tərkibi haqqında bilmədiklərimiz

Ana südünün tərkibi haqqında bilmədiklərimiz
Bir Ana - Bir Bala
10.09.2017 10
Müxtəlif süd növlərinin tərkibində olan yağların arasında mühüm fərqlər vardır. Ana südünün tərkibində esensial yağ turşuları var. Onun miqdarı 57 % - dir. Amma inək südü və süni qida qarışıqlarında bu yağlar mövcud deyil. Esensial yağ turşuları uşağın beyin və gözlərinin inkişafı üçün çox lazımlıdır və həmçinin, damarların normal fəaliyyətinə zəmin yaradır.



Ana südündə yüksək molekullu esensial araxidon turşusu var. Bu turşu yeni doğulmuş uşağın orqanizmində çox vacib rol oynayır. Əvvəla, əsəb hüceyrələrinin membran quruluşunda iştirak edir, ikincisi isə, bağırsaqların formalaşmasında əsas rol oynayır. Araxidon turşusu inək südündə yoxdur.



Ana südündə lipaza fermenti mövcuddur. O, yağların parçalanması və həzm olunmasında əsas rol oynayır. Bu ferment inək südü və süni qidalarda yoxdur.

Lipaza, laktaza kimi həzm prosesinə kömək edən fermentlər yetişməmiş və pozulmuş fermentativ sistemlə doğulan körpələrin sağlamlığını müdafiə edir.

Beləliklə, ana südünün bütün yağları tamamilə mənimsənilir və körpənin orqanizmi tərəfindən səmərəli istifadə olunur.

Ana südü heyvan mənşəli süddən və süni qidalardan fərqli olaraq infeksiya əleyhinə amillər və körpənin boy atmasına lazım olan maddələrlə zəngindir.



Ana südündə kifayət qədər vitaminlər var . Ana südü ilə qidalananlarda xərçəng və diabet kimi qorxulu xəstəliklərə tutulmaq təhlükəsi çox azdır. Hətta əgər uşaq soyuqdəyməyə tutularsa, ana südü ona ən mükəmməl dərmandır. Amma inək südü və quru süd ilə qidalanan uşaqlar bu nemətlərdən məhrumdurlar.

Ana südü həzmi yüngülləşdirən zülallar, kalsium, fosfor , A və C vitaminləri ilə zəngindir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!