Uşağın iştahasını artırmağın 15 Yolu

Uşağın iştahasını artırmağın 15 Yolu
Bir Ana - Bir Bala
10.09.2017 246
Uşaqlarda iştah problemi valideynlərin tez-tez dilə gətirdikləri və
həkimlərin qarşılaşdıqları şikayətlərdən biridir. Uşaqlardakı
iştahasızlıq Hepatit və sidik yolu iltihabı kimi ciddi xəstəliklərin
əlaməti olsa da, çox hallarda elə də ciddi təhlükə daşımayan səbəblərlə
bağlı olur. Uşaqların 25-40 %-də iştahasızlıq görülür.
Bir sözlə altda heç bir xəstəlik yatmır və uşağınız sağlam, normal
həyatına davam edirsə, elə çox narahat olmağa dəyməz.Qadınlar.biz uşağın
8-9 aydan etibarən iştahasızlığa qarşı edə biləcəklərinizi təqdim edir.
 
Əmziklə bəsləməyin. Əmziyin əziyyətsiz əmmə tərzi
uşaqları daha çox əziyyət tələb edən və çalışmasını gərəkdirən ana
döşünü əmməsinə marağını azaldır. Çiynəmə tərzi qidalanmağa keçidi
çətinləşdirir.
 
Əlavə qidalar verməkdə tələsməyin. İlk 6 ay sadəcə ana südü ilə qidalandırın. Həkimin məsləhəti ilə hər gün eyni saatda eyni şeyi verin.
 
Ailə süfrənizə oturdun. 9 aylıqdan etibarən
körpənizi ailə süfrəsinə oturdun. Onun üçün hazırlanmış yeməklərdən
verərək yemək yemənin eyni zamanda sosial bir hadisə olduğunu və ailənin
bir araya gələrək yemək yemənin əyləncəli bir hala gəldiyini göstərməyə
çalışın.
 
Rol modeli olun. Yemək yeyərkən öz yemə tərzinizə
diqqət edin. Çünki uşaqlar yemək zamanı sizi diqqətlə izləyər. Əgər siz
balqabaq, ya kələmi iyrənərək, ağızınızı bürüşdürərək yesəniz, onda
uşağınız da bunları yeyərkən eyni cür davranacaq.
 
Töksə də, dağıtsa da, özü yesin. Ən gözəl yeyən uşaq
özü yeyən uşaqdır. 9-cu ayından etibarən uşağınızın özünün yeməsi üçün
imkan yaradın. İlk başda qaşığın içindəkini yerə töksə də, zamanla
ağzına aparmağı bacaraq. Əgər ona bu zövqü yaşatsanız, o zaman daha da
iştahlı olacaq.
 
Mülayim-sərt oterite. Enerjili bir uşağı yeməyə
vadar etmək çətin olur. Uşaq sizin qərarlı olduğunuzu görsə, mülayim-
sərt nüfuzunuzu hiss etsə, ciddiliyinizi qəbul edəcək.
 
 
Yuxu norması. Bir uşaq üçün müntəzəm yuxu saatı və
qidalanmanın olması vacibdir. Gec yatdığı üçün gec qalxan, gecə yaxşı
yatmayan, gündüz yuxuları düzənli olmayan bir uşağın qidalanmasının
uyğun olması mümkün deyil. 
 
Evdə uşaq yığıncağı təşkil edin: Bu, sosial
motivasiyaüçün  çox böyük əhəmiyyət daşıyır. Buna görə uşaqlar məktəbdə
daha yaxşı yemək yeyirlər. Əgər ətrafınızda iştahı yaxşı olan uşaqlar
varsa, onları da çağırıb evinizdə bir uşaq yığıncağı təşkil edə
bilərsiz.
 
Şəkərli, kolalı və hazır qidalar verməyin. Uşağınız yemir, ac qalır deyə, yeməməsi lazım olan qidaları verməyin.
 
Təkid etməyin,  ancaq alternativ də yaratmayın:
Uşağınız yemək yemir, ya da qabını yarımçıq qoydusa, ara yeməkdə bir
şeylər verməyin. Növbəti əsas yemək vaxtını gözləməli olduğunu öyrənsin.
 
Gözünü qorxutmayın. Yeməyin miqdar olaraq deyil, növ
fərqliliyi olaraq çox yeyilməsi lazımdır. Çox miqdarda yeməsini tələb
etməyin. Bu təkid onda bacarıqsızlıq duyğusu yaradar və qidalanmadan
qaçmasına səbəb olar.
 
Şişirdilmiş reaksiyalar göstərməyin. Uşağınız yemək
yemirsə, bunu duyğusal, ya fiziki olaraq çox şişirtməyin. Uşağınız sizin
diqqətinizi çəkdiyini görüncə daha da çox yeməkdən qaçacaq.
 
Bir saat əvvəl maye qəbulunu azaldın. Uşağın balaca mədəsinin maye ilə dolması onda toxluq yaradacaq.
 
Qidaları mükafat-cəza dəyərində istifadə etməyin. Uşaqlar yemək yeməyin özünə aid bir məsuliyyət olduğunu bilməlidir.
 
Boğazında qalacaq qorxusunu ona yansıtmayın.  Əgər bu qorxunuzu uşağa yansıtsanız, uşaqda qusma, tüpürmə, çeynəməmə, öyümə kimi pis yemək problemləri yaranacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!