Ana südünün keyfiyyətini artıran 10 qida

Ana südünün keyfiyyətini artıran 10 qida
Bir Ana - Bir Bala
10.09.2017 33
Qadınlar.biz ana südünün keyfiyyətini artıran 10 qidanı təqdim edir.
Yumurta tərkibindəki A, C və E vitamini, yod, fosfor, sink mineralları ilə ən önəmli protein qaynaqlarından biridir.
Süd verən ananın həftədə 2-3 dəfə yağda bişirməmək şərti ilə yeməsi
lazımdır. Körpənin böyüməsində xüsusi rolu olan protein ana südündə də
artmış olacaq.
 
Qatıq tərkibindəki kalsium fosfor nisbəti ilə
vazkeçilməz bir qidadır. Körpənin sümük və diş sağlamlığı üçün son
dərəcə önəmli rol oynayır. Ana enerji ehtiyacına görə, gündə 2-3 stəkan
qatıq yeməlidir.
 
Tünd yaşıl yarpaqlı tərəvəzlər, ispanaq, cəfəri,
şüyüd, nanə, kələm, brokolinin yeyilməsi ilə fol turşusu kimi bir çox
vitamin artır və irəlidə anada anemiya riskini əngəlləyir.
 
Eyni zamanda fol turşusunun körpələrdə iflic kimi problemlərin qarşısını aldığı görülüb.
 
Yağlı çərəzlər. Fındıq, qoz, badam kimi yağlı
toxumlar zəngin yağ asidi, vitamin və mineral birləşimi ilə ön plana
çıxır. Südün daha keyfiyyətli olmasına və körpənin sinir inkişafına
dəstək olur.
 
Zeytun və zeytun yağı. Yağ asit tərkibi ilə gündəlik yemək, salatlarda istifadə olunmaqla anadan körpəyə nizamlı yağ asidi ifrazı yaşanır.
Uşağın immunitet sistemini gücləndirdiyindən qaz, köp, qəbzlik problemi olan körpələr üçün faydalıdır.
Zeytun və zeytun yağı tərkibli qoz, badam, fındıq süd verən anlar tərəfindən müntəzəm şəkildə qəbul edilməlidir.
 
Balıq. Ürək-damar xəstəliklərindən beyin inkişafına,
immunitetin gücləndirilməsindən diabetə kimi bir çox faydaları olan
balığın körpənin beyin və görmə inkişafında da xüsusi faydası var.
Anaların mövsümə uyğun olan balığı həftədə 2-3 dəfə yeməsi, qızartma şəklində deyil, sobada bişirilməsi məsləhətdir.
 
Qırmızı ət. Dəmir körpənin sağlam böyüməsi və
inkişafı üçün çox önəmlidir. Bu cür vazkeçilməz bir mineral isə daha çox
qırmızı ətin tərkibindədir. İnfeksiyalara yoluxma riskini aşağı salır
və körpənin immunitetini gücləndirir.
Analar həftədə 3-4 dəfə qırmızı ət yeməlidir.
 
Qurupaxlalılar. Doğumdan etibarən iki yaşına qədər
olan müddət körpənin böyüməsi və inkişafı üçün çox önəmli müddətdir.
Noxud, mərci, lobya son dərəcə yüksək keyfiyyətli protein tərkibli
qurupaxlalılardır. Həftədə 2-3 dəfə yeyilməlidir.
 
Rəngli bibərlər. Qırmızı, yaşıl, sarı bibərlər
tərkibindəki A vitamin səviyyəsi ilə birlikdə körpənin görməsi üzərində
müsbət təsirlərə malikdir.
 
Yüksək antioksidan tərkibi ilə həm ananın, həm körpənin immunitetini gücləndirir.
 
Quru meyvələr. Tərkibindəki lif, mineral, vitamin, fitoelementlərlə süd vermə dövründə artan ehtiyacların qarşılanmasına kömək edir.
Fitoelementlər sadəcə rəngli qida və tərəvəzlərdə olur. Antioksidan
təsiri ilə xərçəngin əngəllənməsində xüsusi rol oynayır. Gündəlik 4-5
pors meyvə yeyilirsə, bunun 2-si qurumeyvə olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!