Sünnətin faydaları

Sünnətin faydaları
Bir Ana - Bir Bala
10.09.2017 37
Sünnət körpələrdə sidik yolu infeksiyası riskini 10 dəfə azaldır:
Bir çox  ölkələrin epidemiyolojik araşdırmalarında 400 min körpədə sidik yolu infeksiyası yüzdə 7 ikən, sünnət olunan körpələrdə  bu nisbət yüzdə 0.7 olaraq müəyyən edilmişdir. Yəni körpənin yeni doğan dövrdə sünnət edilməsi sidik yolu infeksiyasının riskini  10 dəfə azaldır. Sünnət uşaq yaşda inkişaf edən prepisyuma aid fimozis (sünnə dərisinin ucunda darlıq), parafimozis (penis başının sünnət dərisi ilə boğulması) və balanitis (sünnə dərisi iltihablanması) kimi xəstəliklərin də meydana gəlməsinin tamamilə qarşısını alır.
Düzgün edilməyən sünnət uşağın gələcəyini təhlükə altında qoya bilər!:
Nə qədər sadə görünür görünsün amma heç bir cərrahi əməliyyat sadə deyil və düzgün edilməzsə çox təhlükəli hala gələ bilər. Bu səbəbdən ən düzgün olanı sünnətin təcrübəli cərrahlar tərəfindən edilməsidir. Beləcə sünnət nəticəsində yaranan bir çox problemin  qarşısı alınmış olar. Sünnətin  mütəxəssis həkim tərəfindən edilməsinin faydaları bunlardır:
 
- Uşaqda qanın kəsməməsi kimi bir xəstəlik varsa (hemofiliya) bu xəstəliyin yan təsirlər göstərəcək dərmanlarla qarşısı alınır.
 
- Mütəxəssis həkim tərəfindən edilibsə, sünnətin düzgün edilməməsi ehtimalı azalar. Cərrahi alətlər çox yaxşı steril edildiyi üçün uşağın hepatit B və hepatit C kimi xəstəliklərə yoluxma  ehtimalı olmaz.
 
- Sünnət dərisi lazımi qədər götürüldüyü üçün, penisin irəli yaşlarda böyüməsi və inkişafı normal olar.
 
- Sünnət, ağrı kəsici dərmanlar altında edildiyi üçün uşaq ağrı hiss etməz.
 
- Sünnət yarası tikildiyi üçün yara daha tez yaxşılaşar.
 
- Kənd sünnətçilərinin etdiyi sünnətdə, uşaq ağrı hiss etdiyi  üçün çox narahat, aqresiv olar və uşağın psixologiyası pozular.
 
Tələsik edilən, gigiyenaya qaydalarına diqqət edilməyən sünnətin yan təsirləri çox olur. Düzgün edilməyən sünnətlər, penisdə qalıcı ziyanlara və cinsi funksiya pozğunluqlarına səbəb ola bilər.
- Uyğun olmayan sterilizasiya şərtlərində və cərrahi alətlərlə edilən sünnətdə, uşağa hepatit (sarılıq) və bir çox mikrobik xəstəliklər keçə bilər. Bu xəstəliklər ölümlə belə nəticələnən ciddi xəstəliklərdir.
 
- Sünnət dərisinin lazım olduğundan çox götürülməsi, penisin irəli yaşlarda böyüməsinə və normal inkişafına mənfi təsir göstərə bilər.
 
- Glans penis ilə Shaft penis arasında meydana gələ bilən dəri körpüləri: Ereksiya əsnasında ağrıya və şəkil pozuqluğuna gətirib çıxarar. Cərrahi yolla müalicə edilir.
 
- Kista: Düzgün tikiş atılmaması səbəbindən meydana gəlir. Yoluxmuş ola bilərlər və cərrahi yolla müalicə edilir.
 
- Fistül: Sidik kanalı ilə dəri arasında yaranan bir kanal. Cərrahi yolla müalicə edilməlidir.
 
- Meatit: Yüzdə 30 nisbətlə rast gəlinir. Bezin az dəyişdirilməsinə görə, amonyak irritasyonu nəticəsində meydana gəlir. Meatus xorası və darlığına səbəb ola bilər.
 
- Tam və ya tama yaxın penis itkisi
 
- Hiss qüsurları
 
- Penis başının kəsilməsi: Diqqətsizlik nəticəsində meydana gəlir. Müalicəsi çox çətindir. Tam kəsiklərdə protezdən başqa çarə yoxdur.
 
- Penis başı altındakı dərinin çox kəsilməsi ilə burada yerləşən xarici sidik yolunun da birlikdə kəsilməsi.
 
- Ən sıx görülən problem qanamadır. Müalicəsində sünnət yarası açılır, qanayan damarlar tutulur.
 
- Penis qanqreni: Penisin möhkəm bağlanması nəticəsində meydana gəlir.
 
- İdrar xarici dəliyi penisin alt qisimində olduğu vəziyyətlərdə (hypospadias = yarım sünnətli doğma) sünnət edilməməlidir. Çünki bu uşaqlara bir əməliyyat lazımdır. Bu əməliyyat ilə idrar xarici dəliyi penisin uc qisiminə gətirilir. Əməliyyat əsnasında sünnət dərisi lazım olduğu üçün belə uşaqları sünnət etdirmək olmaz. Bunu bilməyən sünnətçi səhvən uşağı sünnət etsə, uşaq əməliyyat edilmə şansını itirər.
 
- Təmizliyə və gigiyena qaydalarına riayət edilməzsə iltihablanma meydana gələr. Irin toplanar, bu da uşaqda qızdırmaya səsbəb olar. Titrəmə, bulantılar və qusmalar meydana gələr.
Sünnətin sağlamlığa bir çox faydası olduğu saysız elmi araşdırmayla sübüt olunmuşdur. Bu faydaların bir qisimi, xüsusilə də uşaq yetkin yaşa çatdıqda əhəmiyyətli hala gəlir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!