Körpənizin inkişafını izləyin!

Körpənizin inkişafını izləyin!
Bir Ana - Bir Bala
10.09.2017 37
Körpəniz hər keçən gün böyüyür. Bu böyümə müddətini izləmək bir çox ana ata üçün zövq aldıqları bir dövr olsa da bəziləri üçün olduqca çətin dövrdür.  Bir yaşına qədər  sakit olduğunu düşündüyünüz uşağınız yeni yaşı ilə birlikdə sizin dediklərinizi etməmək üçün ağlayan, qışqıran bir uşağa çecrilə bilər.
İnkişaf müddəti nə vaxt başlayır?
İnkişaf müddəti ana qarınında başlayır. Hamilə olduğunu öyrənən ana namizədi həkimindən körpəsinin hər ay necə inkişaf edəcəyini öyrənməyə başlayır. Daha sağlam inkişafı üçün nələr yeməli və nələr etməli olduğunu detalları ilə öyrənirr: ürəyi nə vaxt meydana gələr, ilk dəfə bir səsi nə vaxt eşidə bilər, əlləri və ayaqları ilk nə vaxt hərəkət edəcək və  s.  Inkişafın ilk pillələrini ana qarınında atdıqdan sonra sağlam olaraq dünyaya gələn körpənin inkişafı hər ay davam edir. Hər ay ana atası ilə daha çox ünsiyyətə girmək üçün böyük səy göstərir, boyu daha çox uzanır.  1 yaşının gəldiyi zaman isə  artıq gəzə bilən və ana - ata deməyə başlayan bir uşaqla qarşılaşacaqsınız.
İnkişaf mərhələləri hansılardır?
Bir uşaq fiziki inkişafından başqa dil inkişafı, zehni inkişafı, romantik inkişafı, ictimai inkişafı, psixoloji inkişafı baxımından da təqib edilməlidir. Hər ayın və ya yaşın inkişaf xüsusiyyətləri bir-birindən fərqlidir. Məsələn, dil inkişafı  0 - 12 ay arasında başlayar. 36-48-ci aylara qədər uzana bilər.  Bəzi uşaqlar erkən dövrlərdə sözlər deməyə başladığı halda, bəzi uşaqlar bir neçə ay sonra bu reaksiyaları verə bilər. Bu olduqca təbii bir prosesdir. Ana atalar, hər uşağın inkişaf sürətinin bir-birindən fərqli olduğunu bilməli və öz uşağını başqa uşaqlarla əsla müqayisə etməməlidir.
Ana-atalar "Sağlam Bir Uşaq" böyütmək üçün nələrə diqqət etməlidir?
Bəzi ana-atalar özləri belə bilmədən uşaqlarının davranışlarını problemli bir davranış olaraq qiymətləndirə bilərlər. Bu vəziyyət ailənin uşağını kafi səviyyədə tanımamasından qaynaqlanır.Məsələn, iki yaşında olan bir uşaq inkişaf olaraq inadlaşma dövründə olur, öz istədiyinin olması üçün təkid edir. Artıq gəzə bildiyi  və hər yerə çata bildiyi üçün hərəkətli olur. Zehni inkişafı sürətləndiyi üçün diqqəti davamlı ətrafında olur, hər şeylə maraqlanır, kəşf etmək üçün hər şeyə toxunmaq istəyir. Bu səbəblə də təhlükələrə olduqca yaxın olur. Ana və ata uşağın bu müddətdəki davranışlarını  "Sözümə qulaq asmır”, "Yeməyini yedizdirə bilmirəm”,  "Təhlükəli əşyalara toxunmaq istəyir, icazə vermədikdə əksini edir, sakit-sakit danışıram,izzah edirəm  amma yenə də dediyimə qulaq asmır və məni çox yorur” deyə  ifadə edir.  Əslində isə uşağın bütün marağı və hərəkətliliyi inkişafı üçün çox əhəmiyyətlidir. Halbuki bu yaş dövründə heç nə ilə maraqlanmayan, yalnız oturub sözə qulaq asan, ətrafı ilə maraqlanmayan bir uşağın inkişafında problem olduğundan şübhələnmək lazımdır.  İnkişaf xüsusiyyətlərini bilməyən valideynlər uşağın inkişafına maneə törədə, şəxsiyyət olaraq daha etibarsız, passiv bir uşaq böyüdə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!