Körpəm niyə ağlayır?

Körpəm niyə ağlayır?
Bir Ana - Bir Bala
10.09.2017 35
Körpələr ağlamağa başlayanda valideyinlər nə etməli olduqlarını bilmirlər. Xüsusilə də bu hal ilk körpələrində olduğu zaman narahatlıqları daha da çox olur.
Yeni doğulan körpənin çox ağlamağının səbəbi nədir?
Körpələr çətinlik çəkdikləri  hər vəziyyətdə kömək üçün ağlayırlar. Körpələrin beyni hələ kifayət qədər inkişaf etmədiyi üçün üzləşdikləri "çətinliklərin” öhdəsindən gələ bilmirlər.  Belə olduğu halda körpələr qorxu hissi keçirdirlər və ağlamağa başlayırlar. Əmin olun ki, körpələr heç bir səbəb olmadan boş-boşuna ağlamazlar. Narahat olduqları zaman və ya  hər hansı bir şey onlara mane olduqda sizə xəbər vermək və sizdən kömək istəmək üçün ağlayırlar. Freydin insan övladı üçün "dünyaya tamamlanmamış olaraq gəlir” deməsi  çox doğrudur.  Əslində körpələr hamiləlik müddətini ana qarınının xaricində tamamlayır.  Yeni doğulmuş bir körpəni çöldəki bir döl kimi təsəvvür edin. Bu səbəbdən yəni doğulduqlarında kifayət qədər formalaşmadıqları üçün körpələr  çətinliyə qarşı çox həssas olurlar.
Körpənin ağlamağının ən əsas səbəbləri hansılardır?
Körpələr həm fiziki həm də emosional səbəblərə görə ağlaya bilərlər. Körpə, yorğun və ya ac olduğu zaman ağlayır. Bundan başqa körpələr, çox parlaq, çox sərt, çox soyuq, çox isti kimi halları, çox ani hərəkətləri, hadisələri şok olaraq qəbul edirlər, və bu halların təhlükəli olduğunu düşünürlər.
Anaların körpələrin ağlama səbəblərini başa düşmək şansları var?
Başlanğıclarda ağlamağın nə məna verdiyini başa düşmək çətin ola bilər amma zaman keçdikcə ağlama səbəblərini başa düşəcəksiniz. Məsələn: zaman keçdikcə aclıq ağlamağını yorğunluq ağlamağından ayırmağı bacaracaqsınız. Bəzən isə körpənizin niyə ağladığını qətiyyən bilməyəcəksiniz. Amma bunun bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan körpənin narahatlığını və ağrısını ciddiyə alaraq sakitləşməsi üçün ona kömək etməyinizdir.
Körpələr ən çox nə vaxt ağlayır?
Ən kəskin ağlamaq müddəti körpənin 3-6 həftəliyinə təsadüf edir. Körpə 12-16 həftəlik olduğunda isə daha az ağlayır. Bunun səbəbi isə bu dövrdə körpələrin hərəkət qabiliyyətinin artması, oyuncaqlarla  oynaya bilməsi, beləliklə də  daha az darıxmağıdır. Daha böyük körpələrin və 3-4 yaşına qədər uşaqların, həyata kifayət qədər uyğunlaşmaqlarına baxmayaraq aclıq, soyuq, yorğunluq, xəstəlik kimi səbəblərə görə hələ də ağlamağa davam edirlər. Bununla yanaşı, ağlamaq üçün yeni səbəblər də yaranır. Valideynlərindən ayrılma qorxusunun yaratdığı narahatlıq ağlamaqlarına səbəb olur. Böyüdükcə xoşladıqları və xoşlamadıqları, eyni zamanda, onları qorxudan və ya narahat edən şeylər dəqiqləşir və bunların hər biri  ağlama səbəbinə çevrilir. Danışmayan bir uşaq üçün ağlamaq ümumiyyətlə "xeyr” mənasını verir: "Xeyr, bir başqasının qucağına getmək istəmirəm”, "Xeyr, bu yeməyi istəmirəm” və s.
Körpə ağladığı zaman nə etmək lazımdır?
Körpə ağladığı zaman müdaxilə etmək, sakitləşməyi üçün kömək etmək lazımdır. Bir körpənin davamlı olaraq çətin vəziyyətə düşməsi  onun inkişafına mənfi təsir göstərə bilər. Ağlamağına uzun müddət cavab verilməyən körpələr həddindən artıq həssas və daima stress içində olurlar. Bu o deməkdir ki, gələcək həyatlarında hər şey mükəmməl olsa belə onlar daima narahatlıq içində olacaqlar. Körpənizin öz-özünə sakitləşməsini gözləməyiniz ona həm beyin həm də bədən inkişafı baxımından çox pis təsir göstərə bilər. Bir körpə ağladığı zaman  itirdiyi özünü idarə etmə refleksini özü bərpa edə bilməz, bunu yalnız siz edə bilərsiniz. Ona görə də körpələrin hər ağlamağına ardıcıl şəkildə cavab vermək lazımdır. Araşdırmalar və müşahidələr göstərir ki ağlamaqlarına ardıcıl şəkildə cavab verilən körpələr  zaman keçdikcə daha az ağlayan, daha xoşbəxt və daha asan sakitləşən uşaqlar olurlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!