TV izləyərkən uşaqlarınıza nəzarət edin!

TV izləyərkən uşaqlarınıza nəzarət edin!
Bir Ana - Bir Bala
10.09.2017 26
Uşaqların televizor ekranlarında gördükləri şeylərdən nə qədər təsirləndiyini xüsusilə vurğulamağa ehtiyac yoxdur.
 
Bu sahədə aparılan araşdırmalar, insanların televizorda gördüklərini öz həyatının parçaları ilə niyə birləşdirdiklərinin və TV-də gördüklərinə niyə bu qədər dərindən aludə olduqlarının səbəbini ortaya çıxarıb.
 
Şiddət görüntüləri insanlar üzərində heç vaxt təsirsiz qalmır. Bu görüntülərə baxarkən insanların öz duyğularına müəyyən bir istiqamət verdiyi araşdırma sayəsində açıq-aşkar ortaya çıxıb.
 
Şiddət görüntülərinin azyaşlı uşaqların xarakterlərində böyük yaralar açacağını təsdiqləyən mütəxəssislərin fikrincə, bu yaşda şiddət iki cür təsir edə bilir. Birincisi, şiddət görüntülərinə baxarkən onu izləyən uşaq ekranın o tayında əzab çəkən zərərçəkmişin yaşadıqlarını özündə hiss edə bilir və bu da onun zərərçəkmişlə eyni iztirab yaşamasına səbəb olur. İkincisi isə şiddət tətbiq edən insanın bu hərəkətindən xoşlanıb zövq alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!