Uşağın hərarətini dərmansız necə salmaq olar? - Üsullar

Uşağın hərarətini dərmansız necə salmaq olar? - Üsullar
Bir Ana - Bir Bala
10.09.2017 53
Soyuq fəsillərdə uşaqlar daha tez soyuqdəymə xəstəliklərinə tutulur.
Bu xəstəliklərin əsas və valideynləri ən çox narahat edən, qorxudan simptom bədən hərarətinin yüksəlməsidir.
Bu halda valideynlər adətən uşağa müasir hərarətsalan dərmanlarından birini verir. Lakin sadə üsullar var ki, bu üsulların köməyi ilə uşağın hərarətini heç bir dərman istifadə etmədən salmaq mümkündür. Bu üsullara fiziki üsullar deyilir. Onların
əsas məqsədi uşağın bədənində gedən istiliyin hazırlanması prosesini
ləngitmək və əksinə, istilikvermə prosesini sürətləndirməkdir.
 
Bunun üçün nə etmək lazımdır?
Hərarəti olan uşağı ilk növbədə çarpayıda uzandırın. Uşağı yüngül
geyindirin və üstünü qalın örtməyin (odeyal kifayətdir, isti yorğan
yox!). Əgər siz hərarəti yüksək olan uşağı isti geyindirib üstəlik isti
yorğana bükəcəksinizsə, bu, hərarətin daha da artmasına gətirib
çıxardacaq.
 
Xəstə uşaq uzanan otaq isti olmamalıdır (təxminən 22 C). Otağın
pəncərəsinin nəfəsliyini açın, otağın döşəməsini nəm əski ilə silin.
Quru və isti hava hərarətin artmasına səbəb olacaq.
 
Adətən hərarəti olan uşaq yeməkdən imtina edir. Xəstə uşağı zorla
yedizdirməyin. Bu da hərarətin daha da yüksəlməsinə səbəb olacaq. Uşağa
bol ilıq (isti yox!) turş maye verin. Bu, moruq, zoğal mürəbbəsi əlavə
olunmuş çay, limonlu çay, turş kompot, itburnu dəmləməsi və s. ola
bilər. Zorla içizdirməyin – bu, qusmaya səbəb ola bilər. Lakin mayeni
uşağa mümkün qədər tez-tez təklif edin. Bol mayenin qəbulu tərləməyə
səbəb olacaq ki, tərləmənin nəticəsində hərarət enəcək.
 
Hərarət 38,5 C çatdıqda (burada sağlam uşaqlar nəzərdə tutulur,
uşaqda olan bəzi xəstəliklər zamanı hərarəti 38 C-yə çatdıqda salmaq
lazımdır), dərhal hərarətsalan dərmanlarına üz tutmayın. İlk növbədə
uşağı soyundurun və ilıq su ilə olan (32-34 C) vannaya salın və ya ilıq
suya batırılmış əski ilə uşağın bədənini silin. Bu sadə üsul əksər
hallarda hərarətin aşağı düşməsinə kömək edir. Soyuq su istifadə
etməyin, bu, dəri kapilyarların sıxılmasına (spazm) səbəb olacaq ki,
dəridə olan hərarət enəcək, lakin bədənin daxilində olan hərarət əksinə
yüksələcək.
 
Əvvəllər nənələrimiz hərarəti olan uşaqların bədənini spirt, araq və
ya sirkə batırılmış su ilə silirdilər. Lakin pediatrlar bu maddələrin
istifadəsini uşağın sağlamlığı üçün ziyanlı hesab edirlər.
 
Nəzərinizə çatdıraq ki, bütün sadaladığımız vasitələr yalnız uşağın
dərisi çəhrayı rəngdə olduqda (biz buna "uşaq yanır" deyirik) istifadə
etmək olar. Yüksək hərarəti olan uşağın dərisi soyuq, solğun və ya
göyümtüldürsə, dərhal həkimə müraciət edin. Bu halda sadaladığımız
üsullar kömək etməyəcək və əksinə ziyan gətirə bilər.
 
Uşağın hərarəti düşübsə, bu heç də o demək deyil ki, uşaq sağalıb.
Hərarətin artmasına səbəb olan amil aradan qaldırılmalıdır. Bu baş
verməzsə, müəyyən müddətdən sonra hərarət yenə qalxacaq. Mütləq uşağa
nəzarət edən pediatra müraciət edin ki, həkim hərarətin yüksəlməsinin
səbəbini müəyyən etsin və uşağa lazım olan müalicə təyin etsin.
 Əgər sadaladığımız vasitələr kömək etməzsə və uşağın hərarəti yenə
artacaqsa, bu halda uşağın yaşına uyğun olan dozada hərarətsalan dərman
istifadə edə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!