Baş pediatrdan valideynlərə xəbərdarlıq: "Diqqətli olun!"

Baş pediatrdan valideynlərə xəbərdarlıq:
Bir Ana - Bir Bala
10.09.2017 36
Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da soyuq aylarda uşaqlar arasında tənəffüs yollarının xəstəliklərinə daha tez-tez rast gəlinir.



Bunlar, əsasən, viruslar və bakteriyalar tərəfindən törədilən xəstəliklərdir. Havanın soyuması orqanizmin ümumi müqavimətinin azalmasına və immunitetin zəifləməsinə səbəb olur. Bədən soyuduqda maddələr mübadiləsi zəifləyir, orqanizm toxumasının özünümüdafiə qabiliyyəti aşağı düşür. Belə olan halda bakteriyaların, virusların baş qaldırması üçün zəmin yaranır.



Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev xəstəliyin son günlər usaqlar arasında daha geniş yayılmasını şərh edərkən, valideynləri övladlarının sağlamlığını qorumaq üçün daha diqqətli olmağa çağırıb.



Baş pediatrın sözlərinə görə, mövsümə uyğun olaraq xəstələnmələrin sayı artıb: "Soyuq iqlim şəraitində qidalanma normal olmadıqda, qayda-qanunlara riayət etmədikdə bədəndə soyuma baş verir. Soyuma zamanı isə viruslar bədəndə yoluxma şansını artırır. Yayda usaqlar ayrı-ayrı ailələrdə dincəlirlər və bir-birindən uzaq düşürlər. Payızda isə onlar bağçada və ya məktəbdə bir yerə cəmləşir. Bir-birini yoluxdurmaq halları da buradan yararlanır. Buna respirator xəstəliyi də deyilir ki, bura kəskin respirator bakterial xəstəlik, bronxitlər, anginalar, faringitlər, laringitlər aiddir. Bu il havanın isti olub, daha sonra kəskin soyuması belə xəstəliklərin çoxalmasına şərait yaradır”.



Baş pediatr deyib ki, hazırda Azərbaycanda qorxulu epidemiya, konkret bir virusun epidemiyası yoxdur: "Usaqların xəstələnməsinin günahkarı biz valideynlərik. Valideynlər usaqlarının yaydan səmərəli istifadəsi, bədən müqavimətinin gücləndirilməsi üçün vaxtında tədbirlər görməli idilər. Xəstələnən usaqlar məktəbə buraxılmamalıdırlar. Bu, həm uşağın özünə təsir edir, həm də digərlərini yoluxdurur”.



Pediatr mövsümü xəstəliyə tutulmaların daha çox yenu doğulmuşlar arasında yayıldığını deyib. Belə ki, usaq poliklinikalarına müraciət edənlərdən 5-6 nəfəri tənəffüs xəstəlikləri ilə bağlıdır.



Baş pediatr valideynlərə uşaqların rejimlərini qorumağa, onları zəngin vitaminlərlə bəsləməyə və meyvə-tərəvəzdən daha çox istifadə etməyə çağırıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!