Nağıllar uşaqlar üçün vacibdirmi?

Nağıllar uşaqlar üçün vacibdirmi?
Bir Ana - Bir Bala
10.09.2017 16
Uşaqlar nağıl dinləyərək yatmağı sevərlər. Buna görə ana-atalar üçün uşaqlara nağıl danışmaq başlıca vəzifələrindən biridir. Yaxşı, bəs uşağa nağıl seçərkən nələrə diqqət edilməlidir? Nağılların nə kimi mesajlar verməsini bilmək lazımdırmı?



Nağılların uşaqlar üzərindəki müsbət təsirləri nələrdir?



Nağıllar müstəsna varlıqların başından keçən fövqəladə hadisələrin yer və zaman açıqlanmadan izah edilən hekayəsidir..

Nağıllar sənət, təhsil və tədris vasitələridir.



• Nağıllar söyləyən ilə dinləyən arasında qurulan əlaqəni qüvvətləndirir.



• Əlaqələr arasında bağ qurmağa çalışan kiçikyaşlı uşaqlarının mücərrəd düşünmə bacarıqlarının inkişafına müsbət təsir edər.



• Səbəb-nəticə əlaqəsinə dair praktik imkan təqdim edir.



• Oxuma sevgisi və oxuma vərdişi qazanılması üçün yaxşı bir başlanğıcdır.



• Ana dilinin inkişafına əhəmiyyətli səviyyədə faydalıdır.



• Təxəyyülün inkişafına yaxşı təsir edir.



Nağıllar sayəsində uşaqlar, onlara qayğı göstərən şəxslərlə isti bir əlaqə içərisində, sənət və təhsil məzmunlu bir zaman keçirirlər və bu vəziyyət onların həm idrak, həm də ictimai-psixoloji inkişaflarına olduqca əhəmiyyətli təsir edir.

Uşaqlar təkrarlanan hadisələrdən xoşlanırlar. Çünki proseslərin yenilənə bilən olması, xarici mühitə özünü hazır hala gətirmək üçün çırpınıb dayanan, kiçik insanın narahatlığını azaldıcı təsirə malikdir.

Hər axşam ana və ya atanın təkrar-təkrar eyni nağılı oxuması onu xoşbəxt edər, inkişafına müsbət təsir göstərər.

Hekayələrin "xoşbəxt son" ilə bitməsi, kiçik yaşlı uşaqlarının gerçəkliyinə uyğundur, doğru istiqamətə xidmət edər.

Nağıllarda yer alan "qazanan-itirən", "yaxşı-pis" və s. anlayışlar, mühakimə bacarığı qazandırmada da əhəmiyyətli rola malikdir.



Nağıl izah edərkən diqqət yetirilməsi lazım olanlar



Nağıl seçərkən nələrə diqqət edilməlidir?



Uşaqlara oxunacaq nağıllar, yaşa uyğunluğuna görə diqqətlə seçilməlidir. Uzunluğu və məzmunu yaşa görə fərqlil ola bilər.

Daha çox dağıdıcılıq, döyüş və s. nağıllardansa, sadəlövh nağıllar seçə bilərsiniz. Bilmək lazımdır ki, kitab oxumaq, yemək yemək kimidir, sevmədinizsə davam edə bilməzsiniz. Buna görə uşağınıza kitablara dair seçki hüququ verməniz, həm sizi maraq və səbirlə dinləməsi, həm də gələcəkdə oxumağı sevən, oxuma şüuru olan bir fərd olması üçün əhəmiyyətlidir.

Klassiklər ilə başlanması ideal fikirdir. Uşağın da xəyal gücünü istifadə imkanı verən nağıllar, xüsusilə seçilməlidir.



Nağılların verdiyi mesajlar əhəmiyyətlimi? "Pislər itirər" ya da "ögey analar pisdir" kimi mesajlar uşaqları necə təsir edir?

Nağıllarla əlaqədar pis xatirəsi olan çox sayda insan yoxdur, deyə düşünürəm. Çünki nağılların məzmunundan çox, o nağılı nə zaman, kimin, necə, hansı duyğu ilə oxuduğu, izah etdiyi yadımızda qalır. Buna görədir ki, mənfi təsirlərinin çox olduğunu düşünmürəm. Bundan əlavə indiki zəmanədə, az qala 4-5 yaşındakı bir uşaq da, nağıllarda deyilənlərin gerçək olmadığını bilir. Ancaq, əlbəttə, nağıldan nağıla və uşaqdan uşağa fərq var.

Alıb uşaqlarınıza oxuyacağınız kitabları, əvvəldən sizin oxumanızı, uyğun görmədiyiniz söz və ya bölümü ixtisar ederək və ya başqa sözlə əvəz edərək izah etmənizi təklif edirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!